Federal münsiflər məhkəməsi çərşənbə axşamı ABŞ-ın keçmiş prezidenti Donald Trampı hakimiyyətdə qalmaq məqsədilə 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdində ittiham edib. Bu son ittihamlarla 2024-cü ildə Ağ Evə qayıtmaqda məramlı olan Trampın hüquqi problemləri artır. Lakin ona qarşı çoxsaylı ittihamlara baxmayaraq, Tramp prezidentliyə digər respublikaçı iddiaçıları üstələyərək, bəzi rəqiblərinin dəstəyini alır.
Tramp yeni ittihamlar fonunda siyasi təqiblərə məruz qaldığını iddia edir
Federal münsiflər məhkəməsi ABŞ-ın keçmiş prezidenti Donald Trampı hakimiyyətdə qalmaq məqsədilə 2020-ci il seçkilərinin nəticələrini ləğv etmək cəhdində ittiham edib. Lakin çoxsaylı ittihamlara baxmayaraq, Tramp prezidentliyə digər respublikaçı iddiaçıları üstələyərək, bəzi rəqiblərdən dəstək alır.