Azərbaycan mədəniyyətini Ukraynada təbliğ edən “Qafqaz” rəqs ansamblının rəqqasları Kyivin mərkəzində "Yallı" rəqsini ifa ediblər. Ansamblın yaradıcısı və rəhbəri Nicat Mirzəyev Azərbaycanın ən qədim milli rəqsilə Azərbaycanın Ukraynaya birliyi və dostluğunu tərənnüm etdiyini bildirib.