Ukraynanın Çerniqov vilayətinin qubernator müavini Kostyantin Meqem müharibənin ilk günləri ilə müqayisədə vəziyyətin nisbətən sabit olduğunu deyir. O bildirir ki, Rusiya mütəmadi olaraq şəhər mərkəzinə, yaşayış binaları, məktəblərə və ictimai iaşə obyektlərinə hava zərbələri endirməkdə davam edir.