Accessibility links

“Elcan” adı İranda qadağan olunmuş adlar siyahısındadır


Təbriz Qeydiyyat İdarəsi
Təbriz Qeydiyyat İdarəsi

Təbriz Qeydiyyat İdarəsi Elcan adlı bir azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verilməsinin əleyhinə çıxıb.

Sosial mediada yayılan xəbərlərə görə, Elcanın Təbrizdə anadan olmasından 4 ay keçməsinə baxmayaraq, bu şəhərin qeydiyyat idarəsi bu uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.

Övladına seçkdiyi adla şəxsiyyət vəsiqəsi almaqda israrlı olan ailə, Təbriz Ümumi və Hüquqi Məhkəməsində iddia qaldırıb.

İlkin məhkəmə təbrizili uşağın valideynlərinin qaldırdığı iddia dosyesində qüsurların olması bahanəsi ilə şikayəti təmin etməyib.

Uşağına şəxsiyyət vəsiqəsi almaqda israrlı olan uşağın valideynləri Şərqi Azərbaycan vilayətinin Apellyasiya Məhkəməsinə şikayət edib və bu məhkəmə işə baxaraq, təkrar baxılması üçün işi ilkin məhkəməyə göndərib.

Hazırda Təbrizli Elcanın ailəsi övladlarına şəxsiyyət vəsiqəsi ala bilmək üçün məhkəmənin qərarını gözləyir.

Təbriz Qeydiyyat İdarəsi Elcan adına qarşı çıxmasının səbəbi ailənin bu adın türk dili orfoqrafyasına müvafiq şəkildə yazılmasına israrlı olmasıdır. Belə ki, fars əlifbasındakı saitlər türk dilindən az olduğu üçün bəzi türk adları bir neçə tələffüzdə oxuna bilir.

Daha əvvəl 2021-ci ildə Ərdəbil vilayətinin şəhərlərindən olan Germidə həmin ad ilə şəxsiyyət vəsiqəsi verilib. Məhkəmənin şəxsiyyət vəsiqəsi verilməsini təsdiqlədiyi adlar, Qeydiyyat İdarəsi tərəfindən şəxsiyyət vəsiqəsi verməlidirlər, lakin Təbriz Qeydiyyat İdarəsi daha əvvəl ölkədə şəxsiyyət vəsiqəsi verilən bu ada qarşı çıxır.

İran Azərbaycanı və ölkənin digər bölgələrində yaşayan bəzi ailələr uşaqlarına seçdikləri türk ad ilə şəxsiyyət vəsiqəsi ala bilmək üçün aylar və hətta illərlə mücadilə etmək məcburiyyətində qalır.

İran İslam Respublikası ailələr üçün uşaqların adlarının sərbəst seçilməsinə məhdudiyyətlər qoyub və ailələr öz övladları üçün İran hökumətinin təsdiq etdiyi adlar arasından ad seçməlidirlər.

XS
SM
MD
LG