Accessibility links

Prezident Mövlam Şıxəliyevi general-mayor rütbəsindən məhrum etdi


İlham Əliyev (Rəsmi foto)
İlham Əliyev (Rəsmi foto)

Azərbaycan Prezidenti İlham Əliyev Mövlam Şixəliyevin, Sahib Ələkbərovun və Yasin Məmmədovun ali hərbi rütbədən və dövlət təltiflərindən məhrum edilməsi haqqında sərəncam imzalayıb.

Srəncama əsasən Mövlam Şixəliyevin, Sahib Ələkbərovun və Yasin Məmmədovun ağır və xüsusilə ağır cinayətlər törətdiklərinə görə məhkum olunmaları barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Bakı Hərbi Məhkəməsinin təqdimatları əsas götürülərək imzalanıb.

Sərəncama əsasən, Mövlam Şixəliyev general-mayor ali hərbi rütbəsindən, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenindən, “Vətən uğrunda” və “Hərbi xidmətlərə görə” medallarından məhrum edilib.

Sahib Ələkbərov və Yasin Məmmədov “Vətən uğrunda” medalından məhrum ediliblər.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin (MTN)Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şixəliyev 2021-ci ilin aprelindən həbsdədir.M əhkəmə həmçinin Şıxəliyevin general-mayor, digərlərinin də rütbə və təltiflərinin alınmasına qərar verib. Baş İstintaq İdarəsinin rəisi olmuş Mövlam Şixəliyev 12 il, istintaq idarəsinin rəis müavini olmuş Yasin Məmmədov 10 il 6 ay, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi olmuş Vüsal Ələkbərov 11 il 2 ay və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini olmuş Sahib Ələkbərov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət işində ümumilikdə 14 milyon 292 min manat rüşvətdən, hədə-qorxu ilə adamların 5 milyon 77 min manatının ələ keçirilməsindən söhbət gedir.

Sabiq MTN-çilərin heç biri bu ittihamları qəbul etmir, özlərini təqsirli bilmirlər.

Öz növbəsində hüquq müdafiəçisi Samir Kazımlı Amerikanın Səsinə bildirib ki, hüquqazidd, qanunsuz əməllərə yol verən hər kəs, o cümlədən adları çəkilən şəxslər hüquq qarşısında cavab verməlidirlər.

"Hakimiyyət bu kimi adamları cəzalandıranda cəmiyyətin maraqları deyil, öz maraqlarını üstün tutur,” Kazımlı bildirib.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov vəzifədən kənarlaşdırıldıqdan və xüsusi xidmətlərdə kadr təmizliklərindən sonra bu nazirliyin çoxsaylı əməkdaşı həbs edilib. Daha sonra, 2015-ci ilin dekabrında Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib.

XS
SM
MD
LG