15 ildir Odessada yaşayan Anar Natiqoğlu Ukraynada müharibədə yaralanan hərbçi və yerli sakinlərə tibbi yardım göstərən "Vidrodi Ukraine" fondunu təsis edib. Fondun əsas məqsədi müharibədə əl-qolunu itirmiş həmçinin yanıq və s zədələr almış insanların sağlamlıqlarının bərpasıdır.