Accessibility links

Dövlət Departamentinin maliyyələşdirdiyi minatəmizləmə təlimdə qadın minatəmizləmə qrupları yaradılır


Minalardan təmizləmə qrupları üçün Dövlət Departamentinin maliyyələşdirdiyi təlim başlayıb (foto: ABŞ səfirliyi)
Minalardan təmizləmə qrupları üçün Dövlət Departamentinin maliyyələşdirdiyi təlim başlayıb (foto: ABŞ səfirliyi)

ABŞ, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Mina Məsləhətçi Qrupu (MAG), Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək, 14 nəfərlik 4 minatəmizləmə qrupunun təlimi və təchizatı layihəsinin icrasına başlayıb.

Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi məlumat verib.

Məlumata görə, bu, ABŞ-nin Azərbaycanda humanitar minatəmizləmə əməliyyatlarına dəstəyinin davamıdır.

Regional sülh və əməkdaşlığı təşviq etmək üçün ABŞ, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA), Mina Məsləhətçi Qrupu (MAG), Beynəlxalq Avrasiya Mətbuat Fondu (IEPF) və beynəlxalq ictimaiyyətlə əməkdaşlıq edərək, 14 nəfərlik 4 minatəmizləmə qrupunun təlimi və təchizatı layihəsinin icrasına başlayıb.

Bunlardan ikisi ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdiriləcək.

Məlumatda deyilir ki, münaqişə zonası boyunca minalar və partlamamış hərbi sursatlar mülki insanların yaşayışı üçün təhlükə törətməyə, iqtisadi inkişafı əngəlləməyə və məcburi köçkünlərin təhlükəsiz şəkildə öz doğma torpaqlarına qayıtmasına mane olmağa davam edir.

Tədbirdə çıxış edən ABŞ-nin Bakıdakı Səfirliyinin Siyasi müşaviri Filip Tişu bildirib:

“Mən bu gün bizimlə birlikdə Azərbaycanın ən yeni minatəmizləyiciləri kimi xidmət etmək üçün təlimə başlamaq üzrə olan bu cəsur Azərbaycan qadınlarına və kişilərinə heyranlıq və hörmətlə yanaşıram”.

MAG Ölkə üzrə Direktoru Canet Dijkstra bildirib ki, yeni komandalar bizə ilk qadın minatəmizləmə qruplarını yaratmaqla gender inklüzivliyini təşviq etməyə və qadınları qarışıq minatəmizləmə qruplarına daxil etməyə imkan verəcək.

MAG həmçinin Azərbaycanda humanitar minatəmizləmə işində QHT-lərin iştirakını artırmaq məqsədi daşıyır. Biz minatəmizləmə sahəsində Azərbaycanın institusional potensialını gücləndirmək və artırmaq üçün ANAMA ilə işləməyə davam edəcəyik.

M'lumatda qeyd edilir ki, 2021-ci ilin noyabrında elan edilən 500 000 ABŞ dolları və 2022-ci ilin sentyabrında elan edilən 2 000 000 ABŞ dollar məbləğində maliyyə yardımının davamı olaraq ABŞ-nin bu təşəbbüsü minatəmizləmə təşkilatlarının ölümcül minaları və partlamamış hərbi sursatları təmizləmək üçün texniki imkanlarını gücləndirəcək. Sadalanan işlər insan təhlükəsizliyini gücləndirməkdə və məcburi köçkünlərin öz evlərinə qayıtmalarına və həyatlarını təhlükəsiz şəkildə bərpa etmələrinə imkan yaratmaqda mühüm rol oynayır.

"Birləşmiş Ştatlar 1993-cü ildən bəri 120-dən çox ölkəyə mina və partlamamış hərbi sursatların mülki əhali üçün yaratdığı təhlükələri aradan qaldırmaqla beynəlxalq sülh və təhlükəsizliyin təşviqi üçün 4,6 milyard dollardan çox sərmayə yatıraraq, adi silahların məhv edilməsi üzrə dünyanın ən böyük maliyyə dəstəkçisidir" səfirliyin məlumatında deyilir.

XS
SM
MD
LG