Accessibility links

Azərbaycan xarici işlər nazirinin müavini ABŞ senatorları və konqresmenləri ilə görüşüb


Azərbaycan xarici işlər nazirinin müavini ABŞ senatorları və konqresmenləri ilə görüşüb (Mənbə: Xarici İşlər Nazirliyi)
Azərbaycan xarici işlər nazirinin müavini ABŞ senatorları və konqresmenləri ilə görüşüb (Mənbə: Xarici İşlər Nazirliyi)

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov ABŞ-da işgüzar səfərdədir.

Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir müavini ABŞ Senatının üzvləri Senator Tom Koton, Senator Ben Kardin, Konqresin Nümayəndələr Palatasının üzvləri Cək Berqmən, Çak Flayşmən, Mayk Ezel və Robert Aderholt ilə görüşüb.

Nazirlik bildirir ki, görüşlərdə ABŞ-Azərbaycan ikitərəfli əlaqələri, həmçinin regionda gedən proseslər, eyni zamanda Ermənistanla aparılan sülh danışıqları barədə qarşı tərəf məlumatlandırılıb.

“Konqres üzvləri, həmçinin post münaqişə dövründə davam edən mina təhdidləri, bərpa və yenidənqurma işləri barədə məlumatlandırılıb. Görüşlərdə, “Laçın” sərhəd buraxılışı məntəqəsinin təsis edilməsi ilə əlaqədar ABŞ-da fəaliyyət göstərən radikal erməni təşkilatlarının Konqres üzvlərinə təqdim etdikləri həqiqətə uyğun olmayan və əsassız məlumatların, bu çərçivədə ABŞ Konqresinin üzvləri tərəfindən birtərəfli və ABŞ-ın milli maraqıarına xidmət etməyən qətnamələrin irəli sürülməsinin iki ölkə arasında əlaqələrlə yanaşı, hazırda davam edən sülh danışıqlarına da zərər verdiyi vurğulanıb”, məlumatda qeyd edilir.

Elnur Məmmədov Nyu-Yorkda Azərbaycan bayrağını qaldırır (Mənbə: Xarici İşlər Nazirliyi)
Elnur Məmmədov Nyu-Yorkda Azərbaycan bayrağını qaldırır (Mənbə: Xarici İşlər Nazirliyi)

Azərbaycan nümayəndə heyəti ABŞ-Azərbaycan Ticarət Palatasını ziyarət edib və Kolumbiya Dairəsi və ətraf ştatlarda yaşayan Azərbaycan icmasının fəalları ilə görüşüb.

Nazir müavini və nümayəndə heyəti mayın 21-də Nyu York şəhərində Azərbaycan bayrağının ucaldılması tədbirində iştirak edərək, orada çıxış edib.

Nyu Yorka səfər çərçivəsində nümayəndə heyətinin Nyu York şəhər meriyasının xarici əlaqələr komissiyasının sədri Edvard Mermelştayn ilə görüşü keçirilib.

Nazir müavini Nyu Yorkda həmçinin yerli azərbaycanlı icması ilə görüş geçirib.

Nümayəndə heyətinin ABŞ-a səfəri mayın 24-dək davam edəcək.

XS
SM
MD
LG