Xoy zəlzələsindən üç aydan çox vaxt keçməsinə baxmayaraq, bir çox ailə hələ də bu şəhərdə çadırlarda yaşayır və ev kirayəsini ödəməyə maddi gücü çatmır.
Bununla bağlı İLNA xəbər agentliyinin müxbiri Xoyun zəlzələdən zərər çəkmiş bölgələrindən reportaj dərc edib. Reportajda verilən məlumata görə, şəhərdə zəlzələdən zərər çəkənlərin vəziyyəti hələ də kritikdir və zəlzələdən zərərçəkənlər hələ də pulsuz və sığınacaqsız çadırlarda yaşayırlar.
Zəlzələ nəticəsində dağılmış və tamamilə yenidən qurulması lazım olan bir sıra evin hələ də bərpa işləri başlanmayıb.
Bir neçə ay zəlzələdən keçəməsinə baxmayaraq, İslam Respublikası hökuməti çadırlarda yaşayan insanlar üçün prefabrik vaqon sığınacaqlar hazırlamayıb. Bu, xalq və hətta Xoy şəhərinin parlamentdəki nümayəndəsi tərəfindən tənqid edilmişdi.
Ona görə də kəndlərdə yaşayan ailələr hələ ki, Qızıl Aypara Təşkilatının verdiyi çadırlarda yaşamağa davam edirlər.
Çadırda yaşayan vətəndaşlardan biri İLNA-nın müxbirinə bildirib ki, “Bu ərazilərdə ev kirayəsi çox yüksəkdir və bu, bizə problem yaradır, ona görə də yaşayış evimizin tikintisi başa çatana qədər çadırda yaşamağa qərar verdik."
Xoy vətəndaşları bu şəhərdə yenidənqurma prosesinin ləng getdiyindən şikayətlənir. Onlar, həmçinin yenidənqurma kreditlərinin və ya qrantların bölgüsünün ədalətli şəkildə həyata keçirilmədiyini deyir.