Accessibility links

İranda iş yerləri üçün fars adları seçilməsi məcburi olub


Təbriz
Təbriz

İranın çox sayda türk əhalinin yaşadığı mərkəzi Kərəc şəhəri olan Əlborz vilayətində mağazalar, ticarət mərkəzləri və belənçi yerlərin lövhələrindəki qeyri-fars adların silinməsi və istifadə olunmaması barədə sərəncam verilib.

İRNA xəbər agentliyinin yaydığı məlumata görə, Əlborz vilayətinin Mədəniyyət və İslami İrşad İdarəsinin baş direktoru fars dilinin qorunması, saxlanılması və inkişafi üçün bu vilayətdə fəaliyyətdə olan mağazalar, ticarət və əyləncə mərkəzləri və bənzər yerlərin adlarının qeyri-fars bir ad olduğu təqdirdə dəyişdirilməsi ilə bağlı yeni bir sərəncam imzalayıb.

Əlborz vilayətinin Mədəniyyət və İslam İrşadının baş direktoru Səid Caberi Ənsari Fars dilinin qorunub saxlanması həftəsində farsça yazmanın, fars dili və ədəbiyyatının İranda çox əhəmiyyətli olduğunu və fars sözlərindən istifadəni və bununla yanaşı əcnəbi sözlərdən istifadə edilməməsinin zəruriliyini qeyd edib. O, Məkanlar idarəsi və digər idarələrlə birlikdə bu məsələyə diqqət yetirəcəklərini də bildirib.

Əlborz vilayətinin Mədəniyyət və İslam İrşad İdarəsinin baş direktoru Səid Caberi Ənsari bundan sonra şəhərdə bütün iş yerlərinin adlandırılması ilə bağlı hər hansı icazə fars dilinin qaydalarına uyğun verilməlidir deyə məlumat verib.

Caberi Ənsari bu qaydaların farsipasdasht.ir sistemində olduğunu bəyan edərək, məkan sahibləri iş yerlərinin adının icazəli olub-olmadığını bilmək üçün müvafiq sistem vasitəsilə sorğu edə biləcəklərini bildirib.

Bu qərar bir halda verilib ki, Əlborz vilayətində çox sayda azərbaycanlı və İranda yaşayan digər türklərdən də yaşamaqdadır.

İranda illərdir ki, vətəndaşlar o cümlədən qeyri-fars icmalar və dini azlıqlara mənsub olanlar uşaq adı və ya iş yerlərinin adlarını seçmək kimi təbii hüquqlarından məhrum qalırlar.

XS
SM
MD
LG