Accessibility links

Jalə Təbrizli: İranın fars dilini qorumaq üçün polis gücündən yararlanması basqıların artacağını göstərir


Jalə Təbrizli
Jalə Təbrizli

İranın Mədəniyyət və İslami İrşad Naziri Məhəmməd Mehdi İsmaili bu yaxınlarda fars dili və ədəbiyyatını qorumaq üçün polis gücündən istifadə ediləcəyini bildirib. Tehran polisi isə daha əvvəl paytaxtda iş yerləri və ticarət obyektləri üçün qeyri-fars adlardan istifadə etməyin yasaq olduğunu açıqlamışdı.

please wait

No media source currently available

0:00 0:12:40 0:00

Hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsi ilə söhbətdə İran İslam Respublikasının ayrı-seçkilik siyasətinin xüsusilə türk icmasına qarşı daha da aşkar bir şəkildə davam etdiyini vurğulayır.

Bu şuranın içində olan orqanların dördünün əsas rolu var. Bunlardan biri İrşad Nazirliyidir ki senzura bunların əlindədir. Biri Radio və Televiziya təşkilatıdır ki, fars dilini reklarm edərkən, o biri dilləri xüsusən də türk dilini təhqir edir.

Hüquq müdafiəçisi “fars dilini mühafizə üzrə koordinasiya şurası”nın tərkibində yer alan orqanlara işarə edərək deyir ki, “bu şuranın içində olan orqanların dördünün əsas rolu var. Bunlardan biri İrşad Nazirliyidir ki senzura bunların əlindədir. Biri Radio və Televiziya təşkilatıdır ki, fars dilini reklarm edərkən, o biri dilləri xüsusən də türk dilini təhqir edir. Gördük ki, Novruz bayramında bizim rəqsimizi, gənclərimizin sənətini də televiziyada boykot etdilər. Şurada Tehran Bələdiyyəsi var ki, mağazaların və şirkətlərin adlarına nəzarət edir. Farsca olmayan adları dəyişdirir. Polis gücüdür ki, əhalini fars dilindən istifadəyə məcbur etsin və o biri dilləri kənara qoysun. Polis gücünə müraciət etmələri göstərir ki, bu işləri zorla yürütmək istəyirlər.”

Hüquq müdafiəçisinin sözlərinə görə, mağazaların adını dəyişdirmək, uşaqlara öz dillərində şəxsiyyət vəsiqəsi verməmək və farsca yetərlilik testi kimi siyasətlər ən çox da türk dilinə qarşı basqıların artdığını göstərir.

Jalə Təbrizli basqılar artdıqca basqılara qarşı əhalinin müqavimətinin də artdığını söyləyir: “Bəzi uşaqların 5 yaşı var ancaq hələ də sicillisi (şəxsiyyət vəsiqəsi) yoxdur. Ailələr müqavimət edirlər ki, türk adı ilə [şəxsiyyət vəsiqəsi] alsınlar. İndi də görürük ki, bir çox uşağa məcburiyyətdən türk adı ilə sicilli veriblər. Yəni, basqılar artdıqca müqavimət də çoxalır. İndi də ki, açıq irqçilik və ayrı-seçkiliyə başlayıblar. Bir zamanlar irqçiliyi gizli tuturdular. İndi aşkar edirlər.”

Basqılar artdıqca müqavimət də çoxalır. İndi də ki, açıq irqçilik və ayrı-seçkiliyə başlayıblar. Bir zamanlar irqçiliyi gizli tuturdular.

Jalə Təbrizli müsahibədə, həmçinin rəhbərlik etdiyi Azərbaycan İnsan Haqları Cəmiyyətinin (Ərk) fəaliyyətləri haqqında danışıb.

Onun dediklərinə görə, Ərk cəmiyyəti 1400-cü hicri ilində dil hüquqları, siyasi məhbuslar, İran Azərbaycanının mədənləri, Urmiyə Gölü, habelə İran Azərbaycanında məişət şəraiti və işsizlik kimi mövzular haqqında hesabatlar hazırlayıb.

XS
SM
MD
LG