Accessibility links

Natiq Cəfərli: Dünyadakı maliyyə böhranının Azərbaycana birbaşa təsiri yoxdur


Natiq Cəfərli-iqtisadçı ekspert
Natiq Cəfərli-iqtisadçı ekspert

İqtisadçı ekspert Natiq Cəfərli Amerikanın Səsinə müsahibəsində ABŞ və Avropa banklarında yaranan böhranın Azərbaycana təsirlərindən, o cümlədən iqtisadiyyatın perspektivlərindən danışıb.

Amerikanın Səsi: ABŞ-da Silikon vadisi bankının iflası və xeyli sayda digər bankların bu təhlükə ilə üzləşməsi, o cümlədən İsveçrənin Credit Suisse bankının buna bənzər problemler yaşaması müşahidəçilər tərəfindən qlobal maliyyə böhranının cücərtiləri kimi qiymətləndirilir. Sizcə, bu proqnozlar Azərbaycan maliyyə sistemi üçün də çətinliklər gətirə bilərmi?

Natiq Cəfərli: İnflyasiya Azərbaycanda ən böüyk problemlərdəndir
please wait

No media source currently available

0:00 0:08:35 0:00

Natiq Cəfərli: Əslində dünyada baş verən bugünkü proseslərin iki ana səbəbi var. Birincisi 2008-2009-cu il böhranıdır ki, onun fəsadları bu günə qədər davam edir. Çünki o zaman həddindən artıq çoxlu sayda vəsait bazarları axtarıldı, banklara verildi ki, böhrandan çıxsın. Onun geri toplanması hələ başa çatmayıb. İkincisi, COVID-19 ilə bağlı problemlər oldu. İqtisadiyyatın daralması, qapanmalar, logistikanın zəifləməsi. Bunun üzərinə inflyasiyanın yüksəlməsi nəticə etibarı ilə dünya mərkəzi bankları, o cümlədən federal rezerv sistemi Amerikada faizləri kəskin artırmağa başladı. Amerikada uçot dərəcəsi artıq 6 faizə yaxınlaşıb. Bu 2007-ci ildən bəri ən yüksək göstəricidir. Bu da maliyyə institutlarını, o cümlədən bankların ucuz və uzunmüddətli vəsaitlərə çıxış əldə etmək imkanlarını məhdudlaşdırdı. ABŞ-da Silikon vadisi bankı məhz bu səbəbdən bankrot olduğunu elan elədi. Çünki ucuz vəsait cəlb eləyə bilmirdi. Amma ABŞ maliyyə nazirliyi, həm federal rezerv sistemi, hətta prezidentin özünün belə məsələyə müdaxiləsi, onunla bağlı xüsusi çıxışı oldu. Bu problemi bir az səngitdi. Amma bu yaxınlarda belə bir araşdırma üzə çıxdı ki, Amerikanın 180-ə yaxın bankında da buna bənzər vəziyyət var. Federal rezerv sistemi təqribən 400 milyard dollara yaxın vəsait ayırdı ki, həmin bankları xilas eləsin. Eyni problem Avropada da yaşanır. Çünki Avropa mərkəzi bankı faizləri artırdı. Avropa banklarının da ucuz və uzunmüddətli kreditlərə çıxış imkanları məhdudlaşdı. Nəticə etibarı ilə İsveçin ən qədim banklarından biri olan İsveç bankı bankrot olma təhlükəsi ilə üzləşdi. Amma USB bankının həmin bankı alması ilə bu maliyyə böhranının sanki qarşısı kəsildi. Amma bu investorlarda da, dünya bazarlarında da bir təhlükəli siqnallar oldu, belə bir problemlər davamlı şəkildə ola bilər. Doğrudan da belə bir təhlükə var. Bunun birbaşa Azərbaycana təsirləri yoxdur. Çünki Azərbaycanda azad rəqabətli və birbaşa dünya bankına inteqrasiya olunmuş bank sistemi yoxdur. Bizdə məzənnə də inzibati qaydada tənzimlənir. Bank sektoru da daha çox dövlət nəzarəti altındadır. Ona görə birbaşa təsirləri yoxdur. Amma dolayı təsirləri təbii ki, var. Bunun da ən böyük təsirlərindən biri budur ki, indiki durumda dünyada maliyyə böhranı olması ehtimalı enerji daşıyıcılarının qiymətinin ucuzlaşdırır. Neftin qiyməti doğrudan da cəmi 6 ay bundan əvvəl 120 dollar idisə, indi 75 dollara qədər düşüb. Hətta maliyyə böhranın ilk siqnalları olanda 70 dollardan aşağıya da düşdü. Bu son illərin ən aşağı qiyməti idi. Bu dolayı təsirlər ondan ibarətdir ki, neftin, qazın qiyməti düşdükcə Azərbaycanın xarici ticarətinin 90 faizinin məhz enerji daşıyıcılarından ibarət olduğunu nəzərə alsaq Azərbaycana valyuta ehtiyatları daha az daxil olur, valyuta daxilolmaları azalır. Bu da stresli vəziyyət yaradır. Amma bank sistemində hələlik qərbdə yaşanan problemləri biz görmürük. Çünki o problemli bankların bir qismi bağlanıb. Hətta pandemiya dövründə belə dörd bankın bağlanmasının şahidi olduq. Hələlik Azərbaycan bank sistemində dayanıqlılıq var. Amma maliyyə resurslarının azalması ehtimalını da nəzərə alsaq bir müddət sonra həm devalvasiya təhlükəsi yarana bilər, həm də bank sektorunda stresli vəziyyəti görə bilərik.

Amerikanın Səsi: Bu arada dünya bazarında neftin qiymətinində stabil eniş trendinə keçəcəyi barədə proqnozlar irəli sürülür. Belə olarsa, Azərbaycan iqtisadiyyatı hansı çağırışlarla qarşılaşa bilər?

Natiq Cəfərli: Azərbaycanda uzun illərdir ki, xroniki eyni problemlər var. Çox təəssüf ki, hökümətin bəzi çox pozitiv bəyanatlarına baxmayaraq, iqtisadiyyatın tərkibində ciddi bir struktur dəyişiklikləri görmürük. Günü bu gün də ÜDM-in formalaşmasında, xarici ticarətdə enerji sektorunun payı həddindən artıq yüksəkdir. Bayaq da qeyd elədiyim kimi enerji daşıyıcılarının xarici ticarətdə payı 90 faizdir. Bu çox yüksək göstəricidir. Qiymətlərin aşağı düşməsi stresli vəziyyət yaradır. Biz bunu 2015-2016-cı illərdə Azərbaycanda yaşadıq. Neftin qiymətinin aşağı düşməsi, Azərbaycana iki böyük devalvasiya dalğası gətirdi. Azərbaycanda bir neçə bankların bağlanmasına səbəb oldu. Azərbaycanda enerji daşıyıcılarından asılılıq xroniki xəstəlik halındadır. Amma onu da demək lazımdır ki, 60 dollar və daha üst qiymətlər hələ də Azərbaycana sərf eləyir. Hələ təhlükəsizlik yasıtığı var. Nə vaxt ki neftin qiyməti 60 dollardan aşağı düşməyə başlayacaq o zaman stresli vəziyyətin yaranmasının şahidi ola bilərik.

Amerikanın Səsi: Bu yaxınlarda Nazirlər Kabineti parlament qarşısında hesabat verdi. Hökümətin siyasəti nə dərəcədə effektivdir, ölkənin iqtisadi potensialından səmərəli istifadə olunurmu?

Natiq Cəfərli: Nazirlər Kabinetinin hesabatı çox təəssüf ki, çox az müzakirə olundu. İstənilən ölkədə ən vacib xəbər bəlkə də Nazirlər Kabinetinin hesabatı olmalı idi. Həftələrlə müzakirəsi aparılmalı idi. Nə parlamentdə, nə cəmiyyətdə, nə mediada bunun ciddi bir müzakirə obyekti olduğunu görmədik. Bu ondan xəbər verir ki, daha çox formal xarakter daşıyır. Çünki konstitusiyanın və qanunların bəlli müddəaları var ki, hökümət ildə bir dəfə hesabat verməlidir. Bu müddəanı sanki yerinə yetirdilər. Ciddi sual-cavab olmadı. Ciddi müzakirələrin şahidi olmadıq. Amma hesabatın strukturuna baxanda görürük ki, belə qəliz dillə yazılsa da hökümətin özü də bəzi problemləri etiraf edir. Amma bundan çıxış yollarını və neytrallaşdırılma yolları ilə bağlı ciddi bir təkliflər görmədik. İnflyasiya Azərbaycanda ən böüyk problemlərdən biridir. Əsasən də ərzaq inflyasiyası. Amma təəssüf ki, hökümət bu yöndə hansı addımları atacağı barədə bir ip ucları vermədi. Bunun ən effektiv yolu məsələn, vergi və gömrük güzəştləridir. Vergilərin azaldılmasıdır. Hətta əlavə dəyər vergisinin azaldılmasıdır ki, bu cür təkliflər yəni fundamental yanaşmanı biz görmədik. Hələlik görünən odur ki, hökümətin yeni bir proqrama hazırlanır 2030-cu ilə qədər. Növbəti bir proqram olacaq. Təqribən 40-50 milyard dollara yaxın vəsatin lazım olduğunu da ölkə prezidenti və bəzi ölkə nümayəndələri də bununla bağlı açıqlama verirlər. Amma o vəsait nəyə lazımdır və hara xərclənəcək? Təəssüf ki, bununla bağlı biz ip ucları görmürük.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG