Accessibility links

Dövlət ittihamçısı azyaşlı qızın qətlində günahlandırılan şəxsə 20 il həbs istəyib


Gəncə Ağır Cinayətlər Məhkəməsi
Gəncə Ağır Cinayətlər Məhkəməsi

Dövlət ittihamçısı Gəncə Ağır Cinayətlər Məhkəməsindən Tovuz rayonunda azyaşlını qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə vəkillər müdafiə çıxışına hazırlaşmaq üçün məhkəmədən vaxt istəyib.

Növbəti proses mayın 10-na təyin olunub.

Tovuz rayonunun Dondar Quşçu kəndinin azyaşlı sakini olan qız 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini İlkin Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

İlkin Süleymanov ittihamı qəbul etmir və sifariş hesab edir. Vəkillər və hüquq müdafiəçiləri azyaşlı qızın İlkin Süleymanov tərəfindən öldürüməsi ilə bağlı ittihamın məhkəmədə sübut edilmədiyini bildirir.

XS
SM
MD
LG