Accessibility links

10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun şikayəti təmin olunmayıb


10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun şikayəti təmin olunmayıb
please wait

No media source currently available

0:00 0:04:38 0:00

Fevralın 10-da Bakı Apellyasiya Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın öldürülməsi və meyitinin yandırılmasında ittiham edilən İlkin Süleymanov haqqında baş prokurorun təqdimatından verilən şikayətə baxılıb. 13 aydır həbsdə olan İlkin Süleymanov barəsində həbs-qətimkan tədbirinin daha 4 ay uzadılmasını istəyən baş prokurorun təqdimatını Nəsimi Rayon Məhkəməsi ötən həftə təmin etmişdi. Həmin qərardan vəkillər apellyasiya şikayəti verib. Apellyasiya məhkəməsində İlkin Süleymanov özü də iştirak edib. O, azyaşlının ölümünə aidiyyəti olmadığını, istər ilkin həbs, istərsə də müddətin uzadılması haqda qərarların hamısının qanunsuz olduğunu bildirib. Müdafiəçilər İlkin Süleymanovun təqsirsiz olduğunu vurğulayaraq, onun həbsdən azad edilməsini istəyiblər. Amma Bakı Apellyasiya Məhkəməsi onların şikayətini təmin etməyib.

XS
SM
MD
LG