10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edib
Noyabrın 24-də Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirləndirilən İlkin Süleymanovun növbəti məhkəmə prosesi keçirilib. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən proses qətlə yetirilən Nərmin Quliyevanın əmisi oğlu Qorxmaz Quliyevin dindirilməsi ilə davam edib. Təqsirləndirilən şəxsin qardaşı Adil Süleymanov bildirib ki, şahidin dedikləri və ötən məhkəmə iclaslarında valideynləri tərəfindən verilən ifadələr arasında ziddiyətlər var. Növbəti məhkəmə prosesi noyabrın 30-na təyin edilib.
Episodes
-
Noyabr 23, 2024
Qonaqların COP29-un təşkilatçılığı haqda fikirləri
-
Noyabr 23, 2024
Heyvansevər sığınacağı vasitəsilə 100-dən çox iti xilas edib