Aprelin 25-də Sofiyada Azərbaycandan Avropa ölkələrinə əlavə qaz həcmlərinin nəqlinə dair memorandum imzalanıb. Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya öz ölkələrindəki yerli infrastruktur vasitəsilə Azərbaycandan təbii qazın artırılması barədə razılıq əldə ediblər. İmzalama mərasimində iştirak edən Azərbaycan prezidenti İlham Əliyev Avropanın bir çox ölkəsinə Azərbaycandan təbii qaz təchizatının artırılmasına imkan verəcək razılaşmanı “vaxtında atılmış addım” adlandırıb. Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa İttifaqı Rusiya qazından imtina edərək, Avropanın enerji mənbələrinin divertifikasiyasına çalışır. Keçən il Avropa İttifaqı və Azərbaycan arasında Azərbaycandan qaz təchizatının artırılmasına dair anlaşma memorandumu imzalanıb. Enerji məsələləri üzrə ekspert Ümid Şükri Amerikanın Səsinə müsahibədə Avropa ölkələri və Azərbaycan arasında imzalanmış anlaşma memorandumu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu şərh edib.
Ümid Şükri: Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu bundan sonra daha da artacaq
Enerji diplomatiyası və təhlükəsizliyi üzrə ekspert Ümid Şükri Amerikanın Səsinə müsahibədə Avropa ölkələri və Azərbaycan arasında aprelin 25-də Sofiyada imzalanmış qaz təhcizatı sahəsində əməkdaşlığa dair anlaşma memorandumu və Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu şərh edib.
Episodes
-
Yanvar 18, 2025
Donald Tramp – prezidentliyə aparan qeyri-ənənəvi yol
-
Yanvar 18, 2025
Aynur Elgünəş və Natiq Cavadlı həbsdə saxlanılıb
-
Yanvar 18, 2025
Ukraynada müharibənin ağır yükünü daşıyan azərbaycanlı iş adamı