Accessibility links

Türk dil haqları müdafiəçisi Mahmud Ocaqlı yeni ittihamlarla üzləşib


Mahmud Ocaqlı
Mahmud Ocaqlı

Tehranda yaşayan güneyli fəal və türk dil hüquqlarının müdafiəçisi Mahmud Ocaqlı Tehran İnqilab Məhkəməsinin iclasında yeni ittihamlarla üzləşib.

Bölgədəki insan haqları fəallarının bildirdiyinə görə, Ocaqlı aprelin 19-da Tehran İnqilab Məhkəməsinin iclasında “Azərbaycan Milli Hərəkatı qrupuna üzv olmaq” və “müharibə və iğtişaşları qızışdırmaq məqsədi ilə ictimai rəyi təşviq etmək” kimi yeni ittihamlarla üzləşib.

Yeni ittihamlarla üzlşən güneyli fəal Ocaqlı, 4 ay əvvəl ötən ilin dekabr ayında təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və hazırda Evin həbsxanasının 1-ci bölməsində saxlanılır. Həmin məhkəmə iclasında o, qruplaşmanın üzvü olmaqda ittiham olunsa da, bölgədəki hüquq müdafiəçiləri belə bir qruqlaşmanın olmadığını bildirir.

Ocaqlı daha əvvəl "İslam Respublikasına qarşı təbliğat fəaliyyəti göstərmək" və "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq"da ittiham edilmişdi.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi, Ocaqlının keçən il dekabrın 11-də həbs edildiyini, məhkəmə onun haqqında müvəqqəti azadlıq qərarı çıxarsa da, ailəsinin mülki zəmanəti hazırlamalarına rəğmən sərbəst buraxılmadığını bildirib.

Mahmud Ocaqlı daha öncə də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

XS
SM
MD
LG