Accessibility links

Əkbər Nəimi Tehran həbsxanasından sərbəts buraxılıb, Mahmud Ocaqlının həbsi davam edir


Əkbər Nəimi və Mahmud Ocaqlı
Əkbər Nəimi və Mahmud Ocaqlı

2021-ci ilin iyul ayından bəri Tehranın Evin həbsxanasında saxlanılan siyasi fəal Əkbər Nəimi bazar günü sərbəst buraxılıb. Hüquq müdafiəçiləri digər milli fəal Mahmud Ocaqlının həmin həbsxanada həbsinin davam etdiyini bildirir.

Hüquq müdafiəçisi və türk dil haqları fəalı Əkbər Nəimi 2020-ci ilin yanvar ayında İranın təhlükəsizlik qüvvələri tərəfindən Tehrandakı iş yerində saxlanılıb və təqribən 2 ay nəzarətdən sonra müvəqqəti azadlığa buraxılmışdı.

Daha sonra Tehranın İnqilab Məhkməsəində mühakimə olunan milli fəal "qanunsuz qruplaşmaya üzv olmaq", "milli təhlükəsizliyə qarşı toplaşmaq və əlbir olmaq" və 'nizama müxalif qüvvələrin xeyrinə təbliğat fəaliyyəti" göstərmək ittihamları ilə əlaqədar müvafiq olaraq 5 il, 4 il və 8 ay həbsə məhkum edilmişdi. Məhkəmə ona qarşı əlavə olaraq ölkədən çıxış qadağası və ictimai-siyasi fəaliyyətlərdən məhrumiyyət cəzası çıxarmışdı. İranın İslami Cəza Qanununun 134-cü maddəsinə uyğun olaraq, Nəimi barəsində çıxarılan ən ağır həbs cəzası, yəni 5 il həbs hökmü icra ediləcək idi.

Nəiminin İranın ali liderinin "əfv sərəncamı" əsasında sərbəst buraxıldığı ehtimal edilir.

Həbs edilmədən əvvəl Tehranda bir hava yolları şirkətində çalışan Əkbər Nəimi həbs və mühakimə edilməsinin ardınca işdən çıxarılıb.

Hüquq müdafiəçiləri təqribən 2 ay əvvəl Tehranda saxlanılan digər milli fəal Mahmud Ocaqlının isə bu yaxınlarda Evin həbsxanasının ümumi bölməsinə köçürüldüyünə dair məlumat yayıblar.

Ocaqlı saxlanıldığı gündən bəri Evin həbsxanasında Kəşfiyat Nazirliyinə aid 209 nömrəli bölmədə saxlanılırmış. Onun hansı səbəblə nəzarət altına alındığına dair məlumat yayılmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG