Accessibility links

Güneyli milli fəal Mahmud Ocaqlı Tehranda həbs edilib


Güneyli fəal Mahmud Ocaqlı
Güneyli fəal Mahmud Ocaqlı

Tehranda yaşayan azərbaycanlı milli fəal Mahmud Ocaqlı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək naməlum yerə aparılıb.

Bölgədəki hüquq müdafiəçilərinin bildirdiyinə görə, cənab Ocaqlı dekabrın 11-də iş yerində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

HRA xəbər agentliyi bu barədə yazıb ki, təhlükəsizlik qüvvələri onun iş yerinə daxil olanda cənab Ocaqlı ailəsi ilə qısa telefon əlaqəsi saxlayaraq, həbs olunduğunu onlara bildirib.

Güneyli türk dil haqları fəalına qarşı irəli sürülən ittihamlar və onun harada saxlanılması barədə, hələ ki, məlumat yoxdur.

Mahmud Ocaqlı daha öncə də təhlükəsizlik qüvvələri tərəfindən həbs edib.

O, 2014-cü ilin martında Beynəlxalq Ana Dili Günü mərasiminində iştirak etdikdən sonra digər türk dili hüquqları müdafiəçiləri ilə birgə həbs edilmişdi. 2014-cü ilin iyununda Ocaqlı üç ay təhlükəsizlik qüvvələrinin təcridxanasında dindirildikdən sonra 100 milyonluq girov qarşılığında Evin həbsxanasından azad edilmişdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG