Bir ildən artıqdır ki, Tbilisidə həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilinin vəziyyəti ağırdır. Polşa, Ukrayna və digər Avropa ölkələri onun azadlığa buraxılmasına çağırır. Saakaşvilinin tərəfdarları onun həbsinin arxasında Rusiyanın dayandığını deyir.