Accessibility links

Azərbaycan Milli Məclisinin deputatları Ukraynada səfərdədir


Azərbaycan Milli Məclisinin deputatları Ukraynda səfərdədir (Foto Hikmət Cavadov tərəfindən təqdim edilib)
Azərbaycan Milli Məclisinin deputatları Ukraynda səfərdədir (Foto Hikmət Cavadov tərəfindən təqdim edilib)

Aprelin 18-də Azərbaycan Milli Məclisinin deputatları, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Rüfət Quliyev, Sabir Hacıyev, Razi Nurullayev, Kamran Bayramovun Ukraynaya rəsmi səfəri başlayıb.

Ukrayna-Azərbaycan Parlamentlərarası İşçi qrupunun katibi, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov Amerikanın Səsinə deyib ki, Milli Məclisin deputatları bu gün, aprelin 18-də Kyiv vilayətinin Buça və İrpen şəhərlərində olublar. Azərbaycan parlamentinin deputatlarını Ukrayna Ali Radasının deputatı Volodimir Kreydenko müşayiət edib.

Hikmət Cavadov: Parlament diplomatiyası Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərir
please wait

No media source currently available

0:00 0:02:54 0:00

“İrpen və Buça şəhərlərində yerli hakimiyyət orqanları dağıdılmış binaları, infrastrukturu Azərbaycan parlamentinin deputatlarına göstərdi. Bundan başqa İrpen şəhərindəki Zərifə xanım Əliyeva adına parkda və məktəbdə hər iki şəhərin meri ilə görüşümüz oldu”, o qeyd edib.

Onun sözlərinə görə, Azərbaycan parlamentinin nümayəndə heyətinin aprelin 19-da Ukrayna Ali Radasının rəhbərliyi və Ukrayna-Azərbaycan parlametnlərarası işçi qrupunun üzvləri, həmçinin vitse-spikerlə görüşü olacaq.

“Sonra Hesablama Palatasında, Taras Şevçenko adına Dövlət Univeristetində də görüşlər olacaq. Bununla yanaşı Ukraynadakı Azərbaycan diasporunun üzvlərinin Ukrayna və Azərbaycan deputatları, Azərbaycan səfirliyinin əməkdaşlarının iştirakı ilə toplantısı nəzərdə tutulub. Toplantıda Ukraynada yaşayan azərbaycanlıların müharibə başlayanadan bəri yaranan problemləri və həlli yolları ilə bağlı müzakirələr aparılacaq”.

Azərbaycan Milli Məclisinin deputatları Ukraynda səfərdədir (Foto Hikmət Cavadov tərəfindən təqdim edilib)
Azərbaycan Milli Məclisinin deputatları Ukraynda səfərdədir (Foto Hikmət Cavadov tərəfindən təqdim edilib)

O, səfərin məqsədlərindən danışarkən deyib ki, bu Ukrayna-Azərbaycan parlamentlərarası işçi qruplarının növbəti toplantısıdır.

“Bu səfər Ukrayna Ali Radasının sədrinin dəvəti əsasında baş tutub. Səfərin məqsədi parlamentlərarası işçi qruplarının görüşü, müxtəlif məsələlərin müzakirəsi, iki ölkə arasında parlament diplomatiyasının inkişafı üçün toplantıların keçirilməsidir. Bir ay bundan öncə Ukrayna Ali Radasının deputatları Azərbaycanda səfərdə olub. Ukraynalı deputatlar Bakıda görüşlər keçirdi, vitse-spikerlə, bir sıra nazirliklərdə görüşləri oldu. Növbəti görüş isə Kyivdə keçirilir”, Hikmət Cavadov qeyd edib.

O, səfərin əhəmiyyəti barədə bildirib ki, Azərbaycan və Ukraynanın ərazi bütövlüyü ilə bağlı ümumi problemləri var.

“Ukrayna və Azərbaycan daim bir-birinin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan diasporu Ukraynanın haqq səsinin müdafiəsində Ukrayna xalqının yanındadır. Azərbaycan diasporunun üzvləri Ukraynanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edir və 35-ə yaxın şəhidimiz, xeyli yaralılarımız var. Düşünürük ki, parlament diplomatiyasının inkişafı Ukraynada Azərbaycan diasporunun fəaliyyətinə müsbət təsir göstərir. İşçi qruplarının mütəmadi görüşləri iki ölkə arasında münasibətlərin inkişafına da öz töhfəsini verir”, işçi qrupunun katibi deyib.

Azərbaycan Milli Məclisinin deputatlarının səfəri aprelin 21-də başa çatacaq.

XS
SM
MD
LG