Accessibility links

Zelenski Ukraynaya “təhlükəsizlik qarantiyaları” verilməsinə çağırıb


Rusiyanın Ukraynanın Slovyansk şəhərini havadan atəşə tutumasından sonra qismən dağılmış yaşayış binasının damında xilasedicilər işləyir.
Rusiyanın Ukraynanın Slovyansk şəhərini havadan atəşə tutumasından sonra qismən dağılmış yaşayış binasının damında xilasedicilər işləyir.

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Donetsk vilayətinin Slovyansk şəhərində azı 11 mülki şəxsin ölümü ilə nəticələnən haca hücumundan sonra xilasetmə işlərinin davam etdiyi vaxt dərhal “Ukrayna üçün effektiv təhlükəsizlik qarantiyalarına” çağırıb.

Zelenski şənbə günü gündəlik video müraciətində Fransa prezidenti Emmanuel Makronla uzun söhbət etdiyini və onların Ukrayna üçün Zelenskinin “tamamilə real və kifayət qədər konkret” adlandırdığı sülh formulunu müzakirə etdiklərini bildirib. Zelenskinin sözlərinə görə, iki lider həmçinin bu yay NATO-nun Vilnüsdə sammitində iştirak məsələsini da müzakirə ediblər.

Zelenski aprelin 15-də gecə saatlarında etdiyi müraciətində Fransa prezidenti Emmanuel Makronla 90 dəqiqəlik telefon danışığı zamanı iki liderin “bütün anti-müharibə koalisiyamızı birləşdirən prinsipləri”, o cümlədən, Rusiyanın bütün Ukrayna ərazisindən geri çəkilməli, BMT Nizamnaməsinin bütün bəndlərinin yerinə yetirilməli olduğu və “Rusiyanın beynəlxalq hüquq pozuntularının heç birinin gözardı edilməməli olduğunu” bir daha təsdiqlədiyini bildirib.

“Beynəlxalq münasibətlərdə təhlükəsizlik və sülh məhz bu prinsiplər əsasında bərpa olunacaq” - deyə, Zelenski bildirib.

O, NATO liderlərini iyulda Vilnüsdə keçiriləcək NATO sammiti ərəfəsində “hətta biz alyansa qoşulmazdan əvvəl Ukrayna üçün effektiv təhlükəsizlik qarantiyaları” verilməsinə çağırıb. Ukrayna sentyabrda NATO-dan sürətləndirilmiş üzvlük məsələsini nəzərdən keçirməyi istəyib.

Aprelin 15-də Buxarestdə Qara dəniz regional təhlükəsizlik konfransında çıxış edən müdafiə naziri Oleksiy Resnikov beynəlxalq ictimaiyyəti təhlükəsizlik təhdidləri qarşısında “strateji təşəbbüsü ələ keçirməyə və tez və qabaqlayıcı tədbirlər görməyə” çağırıb.

Onun sözlərinə görə, belə bir yanaşma “hər hansı bir təcavüzkar üçün ən yaxşı ayıltma amili olacaq”. O həmçinin “Rusiya Federasiyasının hər şeyi güc yolu ilə həll etmək istəyini” cilovlaya biləcək “zəmanətlər sistemi”nə çağırıb.

Zelenski videomüraciətində aprelin 14-də Slovyansk şəhərinə endirilən hava zərbəsi nəticəsində 50-dən çox binanın zədələndiyini və ya dağıldığını və dağıntılar altında “hələ də cəsədlərin qaldığını” bildirib. O deyib ki, qurbanlardan biri “2021-ci il təvəllüdlü oğlandır”. Hücum nəticəsində ən azı 23 nəfərin yaralandığı bildirilir.

“Bu təcavüzdə günahkar olanların heç biri bağışlana və ya unudula bilməz” - deyə, Zelenski bildirib.

Ukrayna hərbi qüvvələri aprelin 16-da Rusiyanın müharibənin gedişi ərzində son aylar ən gərgin döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri ətrafında cəbhədə 60-dan çox hücumu barədə məlumat verib.

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Vaqner qrupunun bölmələri Baxmutun şimal-qərb və cənub-şərqində daha iki bloku ələ keçirib. Məlumatın müstəqil mənbələr tərəfindən dərhal yoxlanılması mümkün olmayıb.

Baxmutla bağlı bu iddialar Vaqner qrupuna rəhbərlik edən Kremllə əlaqəsi olan iş adamı Yevgeni Priqojinin Ukraynada uzunmüddətli münaqişənin Rusiyanın dağılmasına gətirib çıxara biləcəyini dediyi vaxt irəli sürülür.

Priqojin Telegram kanalında verdiyi açıqlamada Moskvanı Ukraynadakı məqsədlərinə “nail olduğunu” elan etməyə və orada döyüşlərə son qoymağa çağırıb. Priqojin yazıb ki, “dünən xüsusi əməliyyatı dəstəkləyənlərin çoxu bu gün ya şübhələnir, ya da baş verənlərə qəti şəkildə qarşıdır”.

Ukrayna Baş Qərargahı gündəlik brifinqində Xerson və Zaporijya bölgələrində də hücumların edildiyini bildirib.

XS
SM
MD
LG