Salyan sakini Zəminə Heydərova xərçəng xəstəsidir. Dediyinə görə, səkkiz ildir pensiyasını ala bilmir. Heydərova 20 ildir Salyan rayonunda yerləşən yataqxanalardan birində yaşayır. Yataqxananın şəraitsizliyi isə onun xəstəliyini günbəgün ağırlaşdırır.