2018-ci ildən bəri sənətçiləri bir araya toplayan Flora Hostelin təsisçisi sosial biznesini davam etdirə bilmir. Çünki tarixi bina başqasına satılıb və otelə çevirmək məqsədilə bir çox otaqlar boşaldılıb, həyətdə fəaliyyət göstərən kafe isə sökülüb.
Bakının tarixi məhəllələri söküntü üçün qeydiyyata alınmağa başlayıb. Yerli mediada gedən məlumatlara görə, Yasamal rayonu ərazisində sökülən məhəllələrin yerində yeni parkın salınması planlaşdırılır.
Lənkəranın Separadi kəndi qədim talış kəndidir. Kəndin əsas məşğuliyyəti heyvandarlıqdır. Sitrus bağlarına da kənddə maraq çoxdur. Separadi, qırmızı kərpiclə tikilən evləri ilə məşhurdur.
Dünən gecədən Bakıya yağan qar şəhəri ağ örpəyə bürüyüb. Nadir qar sevinc yaratsa da, yollar buz bağlayıb, tıxac və qəzalar baş verib.
2 Fevral Azərbaycanda Gənclər Günü kimi qeyd olunur. Paytaxt sakinləri bu gün gəncləri narahat edən probləmlərdən danışıb.
Bu gün Azərbaycanda bələdiyyə seçkiləri keçirilir. Bakı sakinlərindən seçkilər haqda təəsüratlarını soruşduq.
Bu gün keçirilən bələdiyyə seçkilərində 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 25 nömrəli məntəqəsində müstəqil müşahidəçi Mete Türksoy seçki prosesi haqda danışıb. Məntəqə sədri və digər müşahidəçilər iddialarla bağlı açıqlama verməkdən imtina ediblər.
Azərbaycanın ev sahibliyi ilə COP29 konfransı keçirilib. Olimpiya Stadionunda baş tutan konfransda 190 ölkənin nümayəndələri iştirak edib. Gələn qonaqların təşkilatçılıqla bağlı təəssüratları ümumən müsbət idi. Amma buna baxmayaraq bəzi iştirakçıların narazılıqları da olub.
Azərbaycanın ev sahibliyi etdiyi COP29 konfransında yüzdən çox ölkənin, müxtəlif təşkilatların pavilyonlarını görmək mümkündür. Hər ölkənin pavilyonu öz adət-ənənələrinə uyğun dizayn edilib.
Azərbaycanda keçirilən COP29 konfransında 100-dən çox ölkənin pavilyonları yer alıb. Diqqəti cəlb edən pavilyonlardan biri də Ukraynaya məxsusdur. Onlar pavilyonun dizaynı vasitəsilə Rusiya ilə davam edən müharibənin ekologiyalarına vurduğu zərərlərə diqqət çəkmək istəyiblər.
İqtisadçı Fərid Mehralızadə mayın 30-da “Abzas işi” üzrə saxlanılıb. O qaçaqmalçılıqla ittiham olunur. İqtisadçıya 3 ay 20 gün müddətində həbs qətimkan tədbiri seçilmişdi. Amma həbs müddəti dekabr ayına qədər uzadılıb. Nərgiz Muxtarova deyir ki, həyat yoldaşının həbsi onlar üçün gözlənilməz olub.
Növbədənkənar parlament seçkiləri başa çatıb. Paytaxt sakinləri seçkiyə marağın ötən illərə nisbətən zəif olduğunu deyirlər. Buna səbəb kimi seçicilər namizədləri tanımadıqlarını göstərirlər.
Müsavat partiyasının başqanı İsa Qəmbər partiya namizədlərinin müşahidəçilərinə olan təzyiqlərdən və məntəqələrdəki qanun pozuntularından danışır. O, seçkidə fəallığın zəif olduğunu vurğulayır.
Azərbaycan noyabr ayında COP-29-a ev sahibliyi edəcək. Buna görə də, həm Bakı şəhərində təmir işləri gedir, həm də konfransın keçiriləcəyi vaxt üçün bir sıra məhdudiyyətlər qoyulub.
Sentyabrın 1-i Azərbaycanda növbədən kənar parlament seçkilərinə səsvermə keçiriləcək. 125 dairədə 991 namizəd deputat mandatı uğrunda mübarizə aparacaq.
Bu gün Ağır Cinayətlər Məhkəməsində birinci qrup əlil, ictimai fəal Famil Xəlilovun işi üzrə hazırlıq iclası keçirilməli idi. Məhkəmə sentyabrın 5-nə təxirə salınıb. Xəlilov külli miqdarda narkotiklərin qanunsuz dövriyyəsi ilə ittiham olunur. O, həbsinə etiraz olaraq aclıq aksiyası keçirir.
Sentyabrın 1-də Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Bakı sakinləri arasında seçkidə iştirakları ilə bağlı sorğu keçirdik.
“Aztelekom”un yaydığı məlumata görə, avqustun 15-dən etibarən internetin qiyməti və sürəti artırılacaq. Beynəlxalq hesabatlara görə, Azərbaycan internetin orta sürətinə görə 181 ölkə arasında 39.48 mbit s sürətlə 118-ci yerdə qərarlaşıb.
Son bir il ərzində Azərbaycanda iki media orqanının ofisi möhürlənib, 20-ə yaxın jurnalist həbsdədir. Onlar qaçaqmalçılıqla ittiham olunsalar da, həbslərinin jurnalistika fəaliyyəti ilə bağlı olduğunu deyirlər. Hökümət isə ittihamları rədd edir.
Azərbaycanda ötən illərin statistikasına görə, əhalinin gəlirlərinin 50 faizdən çoxu ərzağa xərclənir. İqtisadçı Akif Nəsirli qida xərclərinin çox olmasının səbəblərindən danışır.
Daha çox yüklə