Accessibility links

Hüquq müdafiəçisi hücuma məruz qaldığını bildirib


Rüfət Səfərov, "Müdafiə Xətti" İnsan Haqları təşkilatının həmtəsisçisi
Rüfət Səfərov, "Müdafiə Xətti" İnsan Haqları təşkilatının həmtəsisçisi

Martın 15-də axşam saatlarında "Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərova hücum olduğu bildirilir.

Səfərov Amerikanın Səsinə bildirib ki, Bakı vaxtı ilə saat 20 radələrində Binəqədi rayonu Cəfər Xəndan küçəsində öz avtomobilinə əyləşərkən tanımadığı bir şəxs tərəfindən hücuma məruz qalıb.

"Artıq uzun müddətdir ki, evimin yanında eyni yerdə maşınımı saxlayıram və heç bir problem yaşanmır. Buna görə də orada avtomobillərin dayanacaq məsələsinə baxan bir nəfərə ödəniş da edirəm. Dünən axşam da adət üzrə avtomobilimi orada saxlamışam. Bu gün axşam isə maşına əyləşərkən uzaqdan mən tərəf gələn bir nəfəri gördüm. O mənə yaxınlaşaraq kobud ifadələrlə "nə vaxtdan burada maşın saxlamısan, qazilərin yerini tutmusan, mane olursan" deməyə başlayıb".

Hüquq müdafiəçinin sözlərinə görə, bundan sonra həmin şəxs onun qoluna girib və dartmağa başlayıb.

"Mən onun qolundan çıxan kimi mənə başı ilə zərbə endirdi. Başımda papaq olmasaydı, mənə əməlli-başlı xəsarət yetirərdi. Bundan sonra mən ona heç bir qarşıqlıq vermədən əlindən çıxıb maşına əyləşə bildim və polisə məlumat verdim", hüquq müdafiəçi deyib.

Səfərov bunu təxribat adlandırıb.

"Buna hüquqi qiymətinin verilməsi və bunun araşdırılması artıq hüquq-mühafizə orqanlarının üzərinə düşür", o qeyd edib.

Daxili İşlər Nazirliyindən bildiriblər ki, məsələdən xəbərdardırlar və bununla bağlı məlumat veriləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG