Accessibility links

“Müdafiə Xətti” hüquq müdafiə təşkilatı etiraz aksiyası təyin etdi


AXCP aksiya (11 noyabr, 2022) mənbə VOA
AXCP aksiya (11 noyabr, 2022) mənbə VOA

“Müdafiə Xətti” hüquq-müdafiə təşkilatı etiraz dekabrın 23-də Bakının Fəvvarələr Meydanında etiraz aksiyası keçirəcəyini bildirir.

Bu barədə Amerikanın Səsinə “Müdafiə Xətti” hüquq-müdafiə təşkilatınını icraçı direktoru bildirib.

O bildirib ki, aksiya ölkədə total insan hüquqlarının pozulması ilə bağlıdır.

“Azərbaycan hakimiyyəti ağır repressiv siyasət yürüdür. İnsan haqları sahəsindəki durum dözülməzdir. Tənqidçilər saxta və qurama ittihamlarla həbs olunurlar. İnsanlar sözünə, fikrinə, əqidəsinə görə zorakılıqla üzləşirlər. İşgəncələr, qeyri-insani rəfrarlar, ləyaqəti alçaldan davranışlar hakim siyasətin ayrılmaz hissəsinə çevrilib,” o bildirib.

Rüfət Səfərov bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiyini bildirib.

Səfərov etiraz aksiyasında siyasi məhbusların, hazırda həyatı təhlükədə olan Bəxtiyar Hacıyevin azadlığını tələb ediləcəyini də deyib.

“Aksiyanın məsuliyyətini “Müdafiə Xətti” öz üzərinə götürür, əmin edir ki, bu, dinc və sərbəst toplantı olacaq” - deyə, o bildirib.

Azərbaycan hakimiyyəti ölkədə fundamental azadlıqların tam təmin edildiyini, insanların iradəsinə görə təqib olunmadığını bildirir.

Öz növbəsində Daxili İşlər Nazirliyi dəfələrlə icazə aksiyaya imkan verilməyəcəyi deyib.

XS
SM
MD
LG