Doğru sözə sadiqlik - Amerikanın Səsi 80 ildən artıqdır dünyaya həqiqətləri çatdırmaq missiyasını davam etdirir
Amerikanın Səsi 1942-ci ildə fevralın 1-də İkinci Dünya Müharibəsi zamanı dünyaya həqiqətləri çatdırmaq üçün ilk dəfə efirə bu sözlərlə başladı: “Xəbərlər yaxşı və ya pis ola bilər. Biz sizə həqiqəti söyləyəcəyik”. 80 ildən çox müddət ərzində dünyanın ən böyük media orqanlarından biri olan Amerikanın Səsinin missiyası dəyişməz olaraq qalır.