Accessibility links

ABŞ və Türkiyə Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına "dəstəyi" müzakirə edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan ilə görüşüb.

Bu barədə Ağ Evin görüş haqqında məlumatında deyilir.

"Cənab Sallivan Türkiyədə baş verən zəlzələlər nəticəsində həlak olanların faciəvi tələfatına görə bir daha başsağlığı verib və ABŞ-ın Türkiyə xalqına onların davam edən bərpa səylərində dəstəyini davam etdirdiyini bildirib" , məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, onlar regional və qlobal hadisələr haqqında, o cümlədən Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü ilə bağlı ümumi narahatlıqları və Türkiyənin Qara Dəniz taxıl təşəbbüsünün bərpası üzrə səyləri haqqında danışıblar.

Onlar, həmçinin Ermənistan və Azərbaycan arasında davam edən sülh danışıqlarını dəstəklədiklərini, eləcə də ikitərəfli müdafiə əməkdaşlığını müzakirə ediblər.

Sallivan, həmçinin Birləşmiş Ştatların İsveç və Finlandiyanın mümkün qədər tez NATO üzvü olmalı olduğu haqqında fikrini vurğulayıb.

Eyni zamanda Kalın ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nuland ilə görüşüb, onunla Türkiyənin zəlzələdən sonra bərpa səylərinə dəstək, həmçinin İsveç və Finlandiyanın NATO-ya daxil olması və ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib, bu barədə Nuland öz Twitter səhifəsində yazıb.

XS
SM
MD
LG