Accessibility links

Mahmud Bilgin: İran hakimiyyəti məhbusları "əfv sərəncamı" ilə demək istəyir ki, taktika dəyişdirmişəm


Mahmud Bilgin
Mahmud Bilgin

Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsinə müsahibədə İran Azərbaycanında gündəm məsələlərini dəyərləndirib. O, o cümlədən Xoy və Türkiyədə baş verən zəlzələlər, İran-Azərbaycan münasibətləri və hakimiyyətin "şəraitə uyğun olan" siyasi məhbuslar ilə bağlı əfv sərəncamı haqqında danışıb.

Mahmud Bilgin: İran hakimiyyəti məhbusları “əfv sərəncamı” ilə demək istəyir ki, taktika dəyişdirmişəm
please wait

No media source currently available

0:00 0:12:32 0:00
Direct link

"Xoy zəlzələsində Azərbaycan Milli Hərəkatı bütün varlığı ilə ortada oldu. Türklər hər yerdə, özəlliklə Azərbaycan bölgəsində səfərbər olub və böyük bir birlik ortaya qoydular. Bu çox sevindirici idi ki, bizim millətin potensialı özünü göstərə bilir. Fikirləşin ki, Qaşqay türklərindən, Qəzvindən, hətta Kürdüstan vilayətinin türklərindən, Urmiyədən, Təbrizdən və başqa başqa şəhərlərdən yüzlərlə maşın yemək, yorğan və başqa məlzəmələri çatdırmağa başladılar,” Mahmud Bilgin söyləyir.

O, İran dövlətinin Xoy zəlzələsinə reaksiyasını tənqid edərək deyir ki, Xoy zəlzələsi bir daha bizə müstəmləkə şəraitində yaşadığımızı göstərdi.

Siyasi fəal əlavə edi ki, nə yazıq ki, Xoy zəlzələsindən bir həftə sonra Türkiyəmizdə əsrin ən böyük fəlakətlərindən biri yaşandı. Ancaq Türkiyənin düzgün siyasət və diplomatiyası ilə görürük ki, 90-dan çox ölkə Türkiyəyə yardım edir. Halbuki, Azərbaycan və Türkiyə Xoya yardım etmək istədilər və İran rejimi qarşısını aldı. Amma Türkiyə Ermənistanla 35 illik bağlı olan sərhədi belə açdı ki yardım gəlsin. Göründü ki, Türkiyə düzgün siyasətlə millətlərin içində yerini alıb. Həm ölkənin içindən həm xaricdən imkanları cəlb edib. Özəlliklə, Azərbaycan Cümhuriyyəti, habelə İsrail, ərəb ölkələri, müsəlman ölkələr, Qərb ölkələri və Türk Dünyası Türkiyəyə yardım edir".

Mahmud Bilgin müsahibədə həmçinin İranda küçə etirazlarının səngiməsi ilə bərabər ali lider tərəfindən verilən "əfv və cəzaların azaldılması sərəncamı" haqqında düşüncələrini açıqlayıb.

"Bu xüsusda əsas sözü [parlamentin sədri] Qalibaf dedi. Dedi ki, hakimiyyət metodunu və işlərinin şivəsini dəyişdirməlidir. Elə bu əsasda, Bəsic qüvvələrinin (Sepaha bağlı yarı-hərbi qüvvələr) imkanlarını artırdılar. Bir tərəfdən də bilirik ki, hakimiyyətin potensialı bundan artıq deyil. Həbsxanalar dolub və əgər yeni bir hərəkat başlasa bunun yeri yoxdur ki, insanları həbs edə. Ona görə, biraz yumşaq gedir və çalışır desin ki, mənim taktikalarım fərqlənib. Bu əsasda da bir çox məhbusu buraxdı. Azərbaycanda sərbəst buraxılan milli fəalları buradan təbrik edirəm" - deyə, Mahmud Bilgin ifadə edib.

XS
SM
MD
LG