Accessibility links

Behzad Xanalılı: İran dövləti Xoy zəlzələ bölgəsinə yardıma gələnlərə mane olmaq yerinə onlarla əməkdaşlıq etməli idi


Behzad Xanalılı
Behzad Xanalılı

Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində baş verən 5.9 bal gücündə zəlzələdən 10 gün sonra evsiz qalanlar üçün bölgənin soyuq şəraitinə uyğun müvəqqəti məskənin təmini ilə əlaqədar hələ də ciddi problemlərin yaşandığı bildirilir.

ABŞ-da yaşayan xoylu fizik alimi və zəlzələ qurbanlarına yardım kampaniyasında iştirak edən fəal Behzad Xanalılı Amerikanın Səsinə müsahibədə zəlzələdən zərər çəkənlərə yardım fəaliyyətlərində çatışmazlıqları şərh edib.

please wait

No media source currently available

0:00 0:13:39 0:00
Direct link

“Bu gün azadan-çoxdan insanlara çadırdan, yeməkdən və ya təmizlik məlzəmələrindən çatdırılıb. Bir təəssüfedici məsələ var ki, bunlar gec çatdırıldı. Yəni, ilk günlərdə bir çox insan, onların ki maşınları var idi maşın içində yatıblar, maşını olmayanlar açıq havada və qar altında yatmağa məcbur qalıblar,” Behzad Xanalılı söyləyir.

O, evsiz qalanların yerləşdirildiyi çadırların ümumən soyuq hava şəraitinə uyğun olmadığını deyir:

“İndi demək olar ki, hərkəsin bir çadırı var içinə girməyə. Amma, bəzən ola bilir ki, iki ailə, üç ailə bir çadırın altına giriblər. Bir təəssüfedici məsələ də bu ki, bu çadırlar çox nazikdir. Xoyun soyuq havasında, 5 dərəcə sıfırın altında məcbur qalırlar bu nazik çadırlarda yatsınlar. Bəzən çadırın üstünə plastikdən zaddan taxırlar və bu da havanın içəriyə getməsində problem yaradır.”

İran agentliklərinin fevralın 4-də yaydığı xəbərə görə, həmin tarixə qədər zəlzələdə zərər çəkənlərin çadırlarında təqribən 140 nəfər qazdan zəhərlənib və zəhərlənmə nəticəsində ən az iki nəfər həyatını itirib.

Xanalılı çadırların qurulduğu düşərgələrdə texniki işlərin aşağı standartlarla aparıldığına diqqət çəkir və daha ciddi təhlükələrin ola biləcəyini istisna etmir.

Xoy şəhərində keçən aylarda bir neçə güclü zəlzələ baş verib. Keçən təqribən 4 ay ərzində Xoy və ətraf bölgələrin əhalisi 5 baldan yuxarı üç güclü zəlzələ yaşayıb.

Behzad Xanalılı deyir ki, “əldə etdiyim məlumata görə, dörd ay bundan öncə baş vermiş zəlzələdə çadırlara keçən vətəndaşlarımızdan bəziləri hələ də qışın gəlməsinə rəğmən çadırlarda yaşayır.”

O, hesab edir ki, son aylarda Xoydakı zəlzələlər xaricində, İranın digər bölgələrində təbii fəlakətlərin baş vermədiyinə görə, dövlətin Xoya yardımı daha yüksək səviyyədə ola bilərdi.

“Bu son zəlzələyə baxanda da, Xoyun hava limanı var və çadır da bir şeydir ki, çox rahat 24 saatdan az zamanda təyyarə ilə bölgəyə çatdırıla bilərdi. Ölkənin digər bölgələrinə baxanda, başqa yerdə [təbii fəlakət] baş verməmişdi, sadəcə Xoy zəlzələsi idi. Yəni, dövlətin başı başqa bir fəlakətlə qarışıq deyildi. Çox rahat 24 saatda böyük düşərgələr qura bilərdi... Baxırıq ki, yaxın şəhərlərdən, Təbrizdən, Urmiyədən, Zəncandan, Mərənddən və digər şəhərlərdən fəallar çadır da toplayıb və könüllü olaraq Xoya yardıma gəldilər. Biz çox yuxarı bi şey istemirik. Amma, millətimiz olmasaydı çox daha çətin duruma düşə bilərdik. Bütün bunlar dövlətin tədbirsizliyini göstərir.”

Sosial şəbəkələrdə yayılan bəzi xəbərlər və görüntülərə istinadən, İran polis qüvvələri digər şəhərlərdən bəzi fəalların topladığı yardımların bölgəyə daxil olmasını əngəlləyib.

Behzad Xanalılı deyir ki, dövlət fəalların yardım etməsinə mane olmaq yerinə onlarla əməkdaşlıq etməli idi.

“Dövlətin ən azından bir informasiya mərkəzi olmalı idi ki, zəlzələ bölgələrinin durumunu paylaşsın. Millət ilə əməkdaşlıq edib onları koordinasiya etməli idi. Amma, təəssüf ki, dövlət siyasi düşüncələr əsasında bir qorxu yaradıb. Halbuki, öz işini-gücünü buraxıb yardıma gələnlərə dəstək verilməlidir, onlara problem yaradılmamalıdır,” deyə mədəni fəal əlavə edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG