Accessibility links

Mahmud Bilgin: “Türklər İrandakı qiyamda öz varlıqlarını göstərir, etirazlara yön verirlər”


Mahmud Bilgin
Mahmud Bilgin

Siyasi fəal Mahmud Bilgin Amerikanın Səsi ilə söhbətdə İran Azərbaycanında təşkil olunan etiraz aksiyalarında səsləndirilən şüarları şərh edib.

Mahmud Bilgin: “Türklər İrandakı qiyamda öz varlıqlarını göstərir, etirazlara yön verirlər”
please wait

No media source currently available

0:00 0:15:21 0:00
Direct link

Mahmud Bilgin deyir ki, Təbriz, Kərəc və Qəzvin şəhərlərində Hədis Nəcəfi və Cavad Heydərinin qırxı münasibətilə təşkil olunan etirazlarda “türklər İrandakı qiyama öz möhrünü vurdular”.

Kərəc və Qəzvində o qədər insanın ayağa qalxması göstərdi ki, türklər heç geri oturmurlar. Təbriz də o hərəkatın ardını tutdu. Türklər öz möhrünü İran qiyamlarında vurdular və öz varlıqlarını göstərdilər.

Kərəc və Qəzvin şəhərlərində yaşayan türk icmasına mənsub Hədis Nəcəfi və Cavad Heydəri müvafiq olaraq sentyabr ayının 21 və 22-də təşkil olunan nümayişlərdə təhlükəsizlik qüvvələri tərəfindən öldürülüblər. Mərhumların qırxı münasibətilə noyabrın 2 və 3-də İranın müxtəlif şəhərləri, o cümlədən Kərəc, Qəzvin və Təbrizdə hökümət əleyhinə nümayişlər keçirilib.

“İranın silahlı qüvvələrinin başqanları ölümlə təhdid edirdilər ki, küçəyə çıxmayın. Ancaq biz gördük ki, Azərbaycan geri çəkilmədi və şəhidlərinə sahib çıxdı. Kərəc və Qəzvində o qədər insanın ayağa qalxması göstərdi ki, türklər heç geri oturmurlar. Təbriz də özəlliklə Qırx-metir və Şahnaz bölgələrində o hərəkatın ardını tutdu. Türklər öz möhrünü İran qiyamlarında vurdular və öz varlıqlarını göstərdilər. Göstərdilər ki, yön verirlər və hərəkat yaradırlar,” Mahmud Bilgin söyləyir.

Mahmud Bilgin noyabr ayının ilk günlərdinə Təbrizdə səsləndirilən, habelə plakat üzərində nümayiş etdirilən “azadlıq, ədalət, milli hökümət” şüarına da diqqət çəkərək əlavə edib: “Azərbaycan çox ayıq-sayıq hərəkət etdi. Hədis Nəcəfiyə sahib durdu. Cavad Heydərinin anasının o sızlamaları və türkcə oxşamaları ürəklərə yatdı. Həm də Təbrizdən çıxan ‘azadlıq, ədalət və milli hökümət’ şüarı türklərin aparıcı sloqanına çevrilərək hərəkata yön verdi.”

Azərbaycan çox ayıq-sayıq hərəkət etdi. Hədis Nəcəfiyə sahib durdu. Cavad Heydərinin anasının o sızlamaları və türkcə oxşamaları ürəklərə yatdı. Təbrizdən çıxan ‘azadlıq, ədalət və milli hökümət’ şüarı türklərin aparıcı sloqanına çevrilərək hərəkata yön verdi.

Bilgin milli hərəkatın həm tələblərinin, həm də hədəfinin ‘azadlıq, ədalət və milli hökümət’ şüarında önə çıxdığını ifadə edir.

“Bizim şəhərlərimizdə bu strateji şüar çox vurğulanır. Niyə? Çünki, ‘azadlıq, ədalət, milli hökümət’ şüarında bizim hər istəyimiz var. Həm azadlıq istəyirik müstəmləkəçiliyə qarşı, həm də ədalət və bərabər hüquqlar istəyirik. Həm də bunları qorumaq üçün milli hökümət istəyirik. Bu da çox gözəl bir söyləm yaradıb ki, hətta ərəblər də bu şüarın ərəbcəsini İsçevdə təşkil edilən mitinqində səsləndirdilər. Demək ki, bu şüar gedir İranda başqa millətlərin də şüarına çevrilsin. Çünki içində həm istəklərimiz var, həm də hədəfimiz.”

Mahmud Bilgin müsahibədə İran Azərbaycanında təşkil olunan nümayişlərdə səsləndirilən digər şüarları da şərh edib:

“Bu ki, kimlər bu ‘azadlıq, ədalət və milli hökümət’ şüarını verir? Deyir ki, ‘nə şahçıyam, nə şeyxçi, millətçiyəm, millətçi’. Yəni, biz millətçilərik. Yolumuz nədir? Deyir ki, ‘Azərbaycan öz yolunu tapıbdı, vilayəti (ali dini lideri), səltənəti atıbdı’. Yəni, biz diktatorluq hər formada olur olsun, hamısına qarşıyıq və millətimizin yanındayıq. Millətimizin dərdləri nədir? Deyir ki, ‘Azərbaycan talandı, millət oyan amandı!’ Yəni iqtisadi baxımdan əzilən millətimizin yanındayıq...”

XS
SM
MD
LG