Accessibility links

İran polisi Xoy şəhərində üç nəfəri “yalan xəbər yaymaq” ittihamı ilə həbs edib


Xoy şəhərindəpolis qüvvələrinin komandiri polkovnik Seyid Cəlil Musəvi sosial şəbəkələrdə Xoy zəlzələsi ilə bağlı “yalan xəbər yaydıqları” üçün üç nəfərin həbs edildiyini açıqlayıb.

Bununla bağlı Fars xəbər agentliyi Xoy şəhərinin polis komandirinə istinadən yazıb ki, “şayiələrin yayılması” vətəndaşların “psixoloji təhlükəsizliyinin pozulmasına” səbəb olub.

İran polisi həbs edilən şəxslərin kimliyini açıqlamayıb, lakin vurğulayıb ki, “sosial mediada yalan və şayiələr”in nəşri qanuna görə cinayət sayılır və “cəmiyyətin psixolojitəhlükəsizliyini” pozan şəxslər cəzalandırılacaq.

İran mətbuatında dərc olunan xəbərdə bu şəxslərin saxlandığı yer qeyd edilməyib. Habelə şəxslərin hansı yalan məlumatı yaydıqları açıqlanmayıb.

İran İslam Respublikasının cinayət qanunlarına əsasən, yalan xəbər və məlumat nəşr etməkdə ittiham olunan şəxslər məhkəmə tərəfindən təqsirli bilinərsə, 3 aydan 1 il 6 ayadək həbs və 74 zərbəyə qədər şallaq cəzası ala bilərlər.

XS
SM
MD
LG