Accessibility links

Jurnalistlər media reyestrinin tətbiqi ilə bağlı yaranan problemləri müzakirə edib


"Media haqqında qanun informasiya cəmiyyətinin inkişafının qabağını alır və bu, cinayətdir"
please wait

No media source currently available

0:00 0:05:41 0:00

Fevralın 6-da müstəqil KİV və jurnalist təşkilatlarının nümayəndələri "Qanun" nəşriyyatında "Media haqqında" yeni qanunda nəzərdə tutulan media reyestrinin tətbiqi prosesindən irəli gələn problemləri müzakirə edib.

Son günlər media reyestri ilə bağlı müzakirələrin fəallaşması 2021-ci ildə hökumət tərəfindən yaradılmış Medianın İnkişafı Agentliyinin (MİA) bəyanatı səbəb olub. Bəyanatda deyilir ki, reyestrdə qeydiyyatdan keçməyən, lakin fəaliyyətini davam etdirən KİV və jurnalistlər məhkəməyə veriləcək. Qeydiyyat ötən ilin sentyabrında başlayıb və bu ilin martında başa çatır. İlin sonunadək MİA-ya müraciət edən 200 KİV-dən 160-ı və 180 jurnalist qeydiyyatdan keçib, 40-ı imtina alıb.

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl
Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl

Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl deyir ki, əgər məhkəmə qaydasında jurnalistlərin fəaliyyəti qanunsuz sayılarsa, onlar məlumat toplaya və yaya bilməyəcəklər: "Üstəlik, belə şəxslərə qarşı qanunsuz sahibkarlıq fəaliyyəti ittihamının irəli sürülə biləcəyini gözləmək olar". Xatıraldaq ki, Xədicə İsmayılın özü də 2014-cü ildə eyni ittihamla cinayət məsuliyyətinə cəlb edilərək həbsə məhkum edilib.

Çoxsaylı müstəqil jurnalistlər, jurnalist təşkilatları qanun layihəsi hazırlanan zaman və 2021-ci ildə parlamentdə müzakirə edilərkən reyestrin tətbiqinə qarşı çıxıb. Onlar hesab edir ki, sənəd icazə funksiyasını daşıyır və azad jurnalistika fəlsəfəsinə, Azərbaycanın konstitusion və beynəlxalq öhdəliklərinə ziddir.

"Reyestrdə məcburi qeydiyyat haqqında qanunun tələbi Azərbaycan Konstitusiyasının 51-ci maddəsinə, eləcə də "İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına ziddir", hüquqşünas Xalid Ağaliyev bildirib.

Media eksperti Ələsgər Məmmədli
Media eksperti Ələsgər Məmmədli

KİV və ifadə azadlığı sahəsində ekspert - hüquqşünas Ələsgər Məmmədlinin fikrincə, jurnalist fəaliyyətinin reyestrdə məcburi qeydiyyatla əlaqələndirilməsi hakimiyyətin ölkədə ifadə azadlığını kəskin şəkildə məhdudlaşdırmaq niyyətindən xəbər verir.

Parlamentdə "Media haqqında" qanunun müzakirəsi zamanı Məmmədli deputatlara öz tərəfdaşları ilə birlikdə hazırladığı 40 düzəliş və dəyişiklik təklif edib. Məmmədli xatırladıb ki, Medianın İnkişafı Agentliyi həmin vaxt reyestrin qeydiyyatının məcburi olmadığını bildirib.

"Ancaq bu gün media və jurnalistlərə qarşı tamamilə zidd, məcburi xarakterli tələb tətbiq olunur", o qeyd edib.

Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev
Turan İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev söz azadlığının məhdudlaşdırılmasına yox, inkişafına xidmət edəcək qanunun hazırlanması zərurəti barədə əvvəllər dediyi fikri təkrarlayıb.

"Yeni qanun medianı deyil, bütün informasiya istehsalçılarını əhatə edir. Qanunun adı və müddəaları da bundan xəbər verir. Bu qanun ölkədə azad informasiya cəmiyyətinin inkişafına təhlükə yaradır", o qeyd edib.

Görüş iştirakçıları Azərbaycanda əlverişli və sağlam informasiya mühitinin yaradılması, o cümlədən KİV haqqında yeni qanunun hazırlanması üzrə səyləri davam etdirməyə razılaşıblar. 2021-ci ilin dekabrında parlamentə təqdim edilmiş “Media haqqında” qanun layihəsinə 40 düzəliş və dəyişiklik paketinin dərci barədə təşəbbüs irəli sürülüb. Həmçinin "Media haqqında" qanuna yenidən baxılması təşəbbüsü üçün imza toplanmasına başlanılması qərara alınıb.

Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev söz azadlığının məhdudlaşdırılmasına yox, inkişafına xidmət edəcək qanunun hazırlanması zərurəti barədə əvvəllər dediyi fikri təkrarlayıb.

XS
SM
MD
LG