Accessibility links

Vəkil: Bəxtiyarın ürək, baş ağrıları çoxalıb


Hacıyev Bəxtiyar
Hacıyev Bəxtiyar

Yanvarın 24-də Bakı Apellyasiya Məhkəməsi insan haqları fəalı Bəxtiyar Hacıyev barəsində girov qətimkan tədbirinin seçilməməsi ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından apellyasiya şikayətini təmin etməyib.

Bu barədə Amerikanın Səsinə vəkil Rövşanə Rəhimli məlumat verib.

Vəkil: Bəxtiyar Hacıyevin ürək, baş ağrıları çoxalıb
please wait

No media source currently available

0:00 0:02:33 0:00

Onun sözlərinə görə, birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Vəkil bildirib ki, Bəxtiyar Hacıyevin özü də məhkəmədə iştirak edib və 16 gündür aclıq aksiyası keçirən fəalın səhhətində ciddi problemlər yaranıb.

“Biz qeyri-adi qərar gözləmirdik. Hacıyev digər günlərə nisbətən daha da zəifləyib. Baş gicəllənmələri olur. Bakı istintaq təcridxanasının həkimi onu müayinə edib. Beynində çox ciddi problemlər olacağı barədə məlumat verib. Ürək, baş ağrıları çoxalıb. Təəssüf ki, təcridxanada nə kompüter tomoqrafiyası, nə exo-kardioqramma aparatı var. Xahiş etdi ki, bu məsələni nəzərə alsınlar. O mütləq şəkildə kompüter tomoqrafiyasından və exo- kardioqrammadan keçməlidir. Mədə qanaxması ilə bağlı isə analiz verilib. Hələləlik bu analizin cavabı ilə bağlı məlumat yoxdur. Bəxtiyar Hacıyev aclıq aksiyasını davam etdirir”, o bildirib..

Vəkil qeyd edib ki. Bəxtiyar Hacıyev ona qarş irəli sürülən ittihamları qəbul etmir və qanunsuz hesab edir.

“Çox ümid edirik ki, bu öz müsbət nəticəsini verəcək”, o bildirib.

Ötən il dekabrın 9-da Bəxtiyar Hacıyev barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Yanvarın 21-də məhkəmə müstəntiqin vəsatəti əsasında həbs qətimkan tədbirini fevralın 28-dək uzadıb.

O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur, amma özü bu ittihamları qəbul etmir. Yanvarın 13-də həbsdə olan insan haqları fəalı Bəxtiyar Hacıyevə qarşı irəli sürülən ittiham ağırlaşdırılıb.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında həbsinə etiraz olaraq aclığa başladığını bildirib. Bundan öncə də Hacıyev 14 gün aclıq edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Hacıyev hazırda aclığı davam etdirir vəo təcridxananın tibb-sanitar hissəsində həkim nəzarətindədir.

Yanvarın 9-da ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays ənənəvi brifinqdə Turan agentliyinin müxbirinin sualına cavabda ABŞ-ın Bəxtiyar Hacıyev və Tofiq Yaqublunun həbsindən dərin narahatlığını ifadə edib.

“Biz hakimiyyət orqanlarını onları tez bir zamanda azad etməyə çağırırıq” , o qeyd edib.

XS
SM
MD
LG