Beynəlxalq ictimaiyyət insan hüquqları fəalı Bəxtiyar Hacıyev və Müsavat partiyasının və Milli şuranın üzvü Tofuq Yaqublunun həbsi ilə bağlı narahatlığını ifadə edib və Azərbaycan hökumətini onları dərhal azad etməyə çağırıb. Birləşmiş Ştatlar insan hüquqları və əsas azadlıqlara hörmətin təşviq edilməsinə sadiq qaldığını bəyan edərək, Azərbaycan hökumətinin öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc şəkildə fikirlərini ifadə etmək hüququna hörmət etməyə çağırıb. Human Rıghts Watch insan hüquqlarını müdafiə təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Giorgi Qogia Bəxtiyar Hacıyev və Tofuq Yaqublunun işi ilə bağlı narahatlığını bildirib və Azərbaycan hökumətinin onları dərhal azad etməli olduğunu deyib. O, Amerikanın Səsinə müsahibədə təşkiların son hesabatı və Azərbaycanda insan hüquqlarının durumunu şərh edib.
Giorgi Qogia: Tofiq Yaqublu və Bəxtiyar Hacıyev dərhal azad edilməlidir
Mövzuya uyğun
Episodes
-
Dekabr 25, 2024
Kyivdə “Mariupolun müdafiəçiləri” üçün dəstək aksiyası
-
Dekabr 24, 2024
Ötən həftə Kyiv ballistik raket zərbələrinə tuş gəlib
-
Dekabr 24, 2024
Tbilisidə ukraynalı qaçqınların milad yarmarkası