Accessibility links

Azərbaycan və Ukrayna Ombudsmanları əməkdaşlığın perspektivlərini müzakirə edib


Azərbaycan və Ukrayna Ombudsmanları Səbinə Əliyeva və Dmitro Lubinets (Mənbə Ombudsman Aparatı)
Azərbaycan və Ukrayna Ombudsmanları Səbinə Əliyeva və Dmitro Lubinets (Mənbə Ombudsman Aparatı)

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Türkiyənin paytaxtı Ankarada Ukrayna Ali Radasının İnsan Hüquqları üzrə Komissarı (Ombudsman) Dmitro Lubinets ilə görüşüb.

Azərbaycan Ombudsman Aparatının məlumatına görə, görüş zamanı iki ölkənin ombudsman təsisatları arasındakı əməkdaşlıq əlaqələri, mövcud vəziyyətdə insan hüquqlarının effektiv müdafiəsi və təmini sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib.

Səbinə Əliyeva hazırda Ukraynada həbsdə olan Azərbaycan vətəndaşları Misir Qasımlı və Sübhan Quliyevin hüquqlarının müdafiəsi məsələsini diqqətdə saxlamasını Ukrayna Ombudsmanından xahiş edib.

Məlumatda deyilir ki, hər iki Ombudsman insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb.

Ombudsman Aparatı bildirir ki, Ukrayna Ombudsmanı konfrans zamanı ukraynalılara humanitar yardımını əsirgəməyən Azərbaycan Respublikasına təşəkkür edib və bu məsələdə Azərbaycan Ombudsmanı Səbinə Əliyevanın mühüm rol oynadığını diqqətə çatdırıb.

XS
SM
MD
LG