Accessibility links

Ukraynada şagirdlər müharibə şəraitində məktəblərə qayıdır


Ukraynalı uşaqlar müharibə dövründə məktəblərə qayıdırlar
please wait

No media source currently available

0:00 0:02:28 0:00

Ukraynanın Təhsil və Elm Nazirliyinin bildirdiyinə görə, Rusiya qüvvələri müharibə başlayandan bəri 2300-ə yaxın təhsil müəssisəsini atəşə tutub və ya zədələyib, 286-sı məhv edilib. Ancaq bu, bu il məktəbə başlamağa mane olmayıb.

Doqquz yaşlı Olena Savina Kyivdəndir. Musiqi və ingilis dili dərslərini və rəsm çəkməyi sevir. O eləcə də bomba sığınacağında gizlənməyin də vaxtını bilir.

Olenanın anası Yuliya Savina deyir ki, qızı həqiqətən məktəbdə olmaq istəyirdi. Beləliklə, onlar təhlükəsiz sığınacağı olan bir məktəb tapıb. “Məktəbimiz kiçikdir, cəmi iki sinifi var. Bomba sığınacağı bu yaxınlarda təmir olunub, onun çox qalın divarları var və böyükdür. Uşaqlar üçün yenidən rənglənib. Santexnika qurğuları və hamam aksesuarları hamısı yenilənib”.

Olenanın xüsusi kürək çantası da var. Ukrayna polisi bütün uşaqlara həmin təcili çantaları götürməyi tövsiyə edir. “Bir gödəkçə, su, qəlyanaltı var. Nənəsi ona dostları ilə bölüşmək istəsə, əlavə yemək qoyur. Xüsusi nişanı da var. Mən hələ onu imzalamamışam. Valideynlərin adlarını və telefon nömrəsini qoymalıyıq” - deyə, Yulya bildirir.

İyul ayından etibarən bütün təhsil müəssisələrində təhlükəsizlik yoxlamaları aparılıb. Yalnız bomba sığınacaqları yenilənmiş məktəblərdə şagirdlər siniflərdə ola bilər.

Məktəbdəki uşaqların sayı isə məktəbin sığınacaqlarının ölçüsündən asılıdır.

Denis Monastırski: “Biz ölkədəki məktəblərin 41%-nin hazır və müvafiq sığınacaqları olduğunu təsdiq etdik. Müəllimlərin məktəbə gedən uşaqların təhlükəsizliyini qorumaq üçün imkanları var”.

Kyivdən bir qədər kənarda yerləşən İrpindəki bu məktəbdə 2000 şagird var, lakin bomba sığınacağında cəmi 300 şagird yerləşə bilər. İvan Ptaşnik: “Hazırda bunun dəqiq olaraq necə işləyəcəyini müəyyənləşdiririk. Uşaqların əksəriyyəti - yaşca böyük olanlar onlayn təhsil alacaq. Hələlik biz kiçik uşaqlar üçün fərdi və dəyişən qrafiki tətbiq edirik. Bəlkə iki, bəlkə də üç növbəmiz olacaq.”

Kyivli Oksana Kostyuşko deyir ki, kiçik oğlu dərsə müxtəlif qrafiklə gedir. “Mənim ən kiçiyim bir həftə məktəbə gedəcək, bir həftə onlayn təhsil alacaq."

Bu, çətin seçimdir.

Təhsil üzrə ombudsman Sergey Qorbaçovun apardığı sorğuya əsasən, hələ də Ukraynada yaşayan valideynlərin 60%-dən çoxu övladlarının onlayn təhsil almasını istəyir. Valideynlərin 20%-dən çoxu hələ də uşaqları üçün nəyin daha yaxşı olduğunu müzakirə edir.

XS
SM
MD
LG