Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev sona qədər aclığı davam etdirəcək


Hacıyev Bəxtiyar
Hacıyev Bəxtiyar

Yanvarın 10-da vəkillər Zibeydə Sadıqova və Bəxtiyar Hacıyev 1 saylı Bakı İstintaq Təcridxanasında insan hüquqları fəalı Bəxtiyar Hacıyevlə görüşüb.

Bu barədə vəkil Zibeydə Sadıqova Amerikanın Səsinə bildirib.

please wait

No media source currently available

0:00 0:01:25 0:00

“Bu gün mən, digər vəkil Bəxtiyar Hacıyev ictimai fəal Bəxtiyar Hacıyevlə görüşmüşük. O, bildirdi ki, bu gün səhər saat 10:00-dan Bakı İstintaq Təcridxanasının rəhbərliyinə ərizə ilə müraciət edib. Bildirib ki, aclıq aksiyasına başlayıb. O dedi ki, keçən dəfə 14 günlük aclıq etmişdi. Bədəni hələ də tam bərpa olunmadan yenidən aclıq edir”, vəkil deyib.

O, Bəxtiyar Hacıyevın səhhətində problemin olduğu hiss olunduğunu deyib.

“Hiss olunurdu ki, ayaq üstə çox dayana bilmir. Başı fırlanır. Ayaqları əsir. Özünün qanunsuz həbs olunmasına etiraz olaraq aclıq edir”, vəkil əlavə edib.

Zibeydə Sadıqova Bəxtiyar Hacıyevin aclıq aksiyasını sona qədər davam etdirəcəyini bildirib.

“O, aclığı dayandırmaq fikri yoxdur. Keçən dəfə aclığı dayandırmışdı. Ümid edirdik ki, onun qanunsuz həbsinin qarşısı alınacaq və ədalətli qərarlar qəbul olunacaq. Amma çox təəssüf ki, o məhkəmədən bunu görmədi. Mən və digər vəkil israr etdik ki, o aclığı dayandırsın. Lakin o bildirdi ki, aclıq aksiyasını dayandırmayacaq. Nahaq yerə ondan bunu istəməyək. Aclığı axıra qədər davam etdirəcək”, vəkil deyib.

Bununla bağlı hələlik Penitensiar Xidmətin İctmiayyətlə əlaqələr şöbəsindən şərh almaq mümkün olmayıb.

İnsan hüquqları fəalı Bəxtiyar Hacıyevin barəsində ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsi 1 ay 20 gün həbs qətimkan tədbiri seçib. O, xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma özü bu ittihamı qəbul etmir.

Yanvarın 9-da Bəxtiyar Hacıyev məhkəmə zalında yenidən aclığa başladığını bildirib. Bundan öncə Hacıyev 14 gün aclıq aksiyası keçirib.

Çoxsaylı yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

XS
SM
MD
LG