Accessibility links

Naxçıvanın Şəhərsalma və Arxitektura Komitəsinin sədri həbs edilib


Dekabrın 13-də Bakı şəhər Səbail Rayon Məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov barəsində müstəntiqin vəsatəti əsasında 2023-cü il fevralın 10-dək həbs-qətimkan tədbiri seçib.

Bu barədə Amerikanın Səsinə Səbail rayon Məhkəməsindən bildiriblər.

Rüstəmov istintaqı davam edən cinayət işi üzrə vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Muxtar Respublika ərazisində tikinti və abadlıq işlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulan "xüsusilə külli miqdar" təşkil edən dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir. Onun barəsində Cinayət Məcəlləsinin 179.4 maddəsi ilə (Mənimsəmə və ya israf etmə - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) cinayət işi qaldırılıb.

Yerli medianın məlumatına görə, Rüstəmov ümumilikdə 212 milyon 361 min manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə bundan öncə Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsinin şöbə müdiri 132 milyon, maliyyə naziri isə 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə günahlandırılaraq barələrində həbs-qətimkan tədbiri seçilib.

XS
SM
MD
LG