Accessibility links

Təbrizli unversitet tələbəsi Maidə Övlad Qaragöz 16 ay həbs cəzasına məhkum edilib


Maidə Övlad Qaragöz
Maidə Övlad Qaragöz

Təbriz sakini Maidə Övlad Qaragöz adlı gənc qız sosial mediada paylaşdığı yazılardan dolayı həbs və cərimə cəzalarına məhkum edilməsi ilə yanaşı, onun ölkədən çıxışına da qadağa qoyulub.

İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyininxəbərinə istinadən, Maidə Övlad Qaragöz 16 ay həbs, 8 milyon cərimə və 2 il ölkədən çıxış qadağası ilə cəzalandırılıb.

Bu hökm Təbriz İnqilab Məhkəməsi tərəfindən Təbrizdə yaşayan 23 yaşlı universitet tələbəsinə sosial media hesabında dərc etdiyi yazı ilə əlaqədar verilib.

O, şəxsi sosial media səhifəsində məzmun dərc etdiyinə görə sentyabrın 28-də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və iki həftə sonra 100 milyon tümən girov müqabilində Təbriz Mərkəzi Həbsxanasından müvəqqəti olaraq məhkəmənin qərarına qədər sərbəst buraxılmışdı.

Maidə Övlad Qaragöz noyabrın 13-də məhkəməyə çağırılaraq, ikinci dəfə orada yenidən həbs edilib və təkrar mülki girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

İslam Respublikası məhkəmələri sosial şəbəkələrdə şərh yazan və hökuməti tənqid edən vətəndaşları və ictimai fəalları rejim əleyhinə təbliğat aparmaq ittihamı ilə nəzarətə alıb, həbsə məhkum edir.

22 yaşlı Məhsa Əmininin İranın əxlaq polisinin nəzarətində ikən ölməsindən sonra İran Azərbaycanı daxil olmaqla, ölkədə kütləvi nümayişlərin başlamasının ardınca İslam Respublikası hökuməti sosial media hesablarından tənqidi yazılar dərc edən vətəndaşların həbsini artırıb. Bir çox vətəndaş şəxsi sosial media səhifələrində hökumətə qarşı dərc etdiyi tənqidlərə görə nəzarətə alınıb, işgəncələrə məruz qalıb, həbs olunublar.

XS
SM
MD
LG