Hüquq müdafiəçiləri Təbrizdə yaşayan Maidə Övlad Qaragöz adlı gənc qızın keçən iki ay ərzində iki dəfə həbs edildiyini biliriblər.
İnsan haqları üzrə fəaliyyət göstərən HRA agentliyinə istinadən, Övlad Qaragöz bazar ertəsi günü məhkəməyə müraciət etdikdən sonra saxlanılıb.
"Maidə Övlad Qaragöz sentyabr ayının 28-də öz sosial media hesabından paylaşdığı yazılar səbəbilə nəzarət altına alınıb və iki həftə həbsdən sonra 100 milyon tümənlik mülki zəmanət qarşılığında sərbəst buraxılmışdı. Ancaq onu yenidən çağırıb və həbs ediblər" , HRA-nın xəbərində yazılıb.
Övlad Qaragöz ailəsi övladlarının mühakimə olunmadığı və haqqında hər hansı bir məhkəmə qərarının çıxarılmadığını önə çəkərək yenidən həbsinin səbəbini bilmədiklərini açıqlayıblar.
Gənc qadın Məhsa Əmininin sentyabrın 16-da Tehranda əxlaq polisinin nəzarətində ikən ölümündən sonra İran Azərbaycanı daxil olmaqla, ölkənin müxtəlif vilayətlərində baş qaldıran kütləvi aksiyalarda onlarla etirazçı öldürülmüş və minlərlə insan saxlanılıb.
Hüquq müdafiəçiləri həbs edilən, yaralanan və öldürülənlər arasında çox sayda azyaşlının olduğunu bildirir. Həbsxanalarda yeniyetmələrin ağır işgəncələrə məruz qaldığına dair xəbərlər yayılır.