Amsterdamın mərkəzində toplaşan uyğurlar Şərqi Türküstan Türk İslam Respublikasının elan edilməsinin ildönümlərini qeyd etdilər. Toplaşanlar həmçinin Çində uyğurlara qarşı yönəlmiş soyqırıma öz etirazlarını bildirib, insanları bu haqda maarifləndirməyə çalışıblar.