Accessibility links

Azərbaycan və Gürcüstanın hərbi rəhbərləri regional iqtisadi layihələrin təhlükəsizliyi məsələlərini müzakirə edib


Kərim Vəliyev və Giorgi Matiaşvili (Rəsmi foto)
Kərim Vəliyev və Giorgi Matiaşvili (Rəsmi foto)

Gürcüstanda rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin sentyabrın 28-də Gürcüstanın Müdafiə Qüvvələrinin komandanı Giorgi Matiaşvili ilə görüşündə regionda sülhün və təhlükəsizliyin təmin olunması məsələləri, iki ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.

Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, tərəflər, həmçinin regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, hərbi-texniki, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparıb.

"Saçxeri Dağ Hazırlığı Məktəbində təşkil olunan kurslarda Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı və hazırlığının davam etdirilməsi müsbət qiymətləndirilib" , xəbərdə qeyd edilir.

Görüşdə ikitərəfli və Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli formatda, həm də NATO çərçivəsində təlimlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Tərəflər, həmçinin Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabrında keçiriləcək "Qafqaz Qartalı-2022" xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan "Eternity-2023" kompüter dəstəkli komanda-qərargah təlimi və "Qafqaz Qartalı-2023" birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparıb.

XS
SM
MD
LG