Vaşinqtonda, Dövlət Departamentində Missiya Rəhbərləri Konfransında səfirlər Li Litzenberger (Azərbaycan), Kelli Deqnan (Gürcüstan) və Linn Treysi (Ermənistan) hər üç ölkədə siyasət və proqramlar barədə fikir mübadiləsi aparıb.
Bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyi Facebook səhifəsində məlumat yayıb.
“Onlar bizim tərəfdaşlığımızı gücləndirmək, müstəqilliyi dəstəkləmək və regionda yaşayanlar üçün daha təhlükəsiz, sabit və firavan gələcəyə kömək etmək öhdəliyimizi vurğulayıb,” məlumatda qeyd edilir.
ABŞ-ın Azərbaycan, Gürcüstan və Ermənistandakı səfirləri bundan öncə, bu il aprelin 28-də Bakıda görüşüb.