Accessibility links

ABŞ Dövlət Katibi və Azərbaycan Prezidenti arasında telefon danışığı olub


İlham Əliyev və Antoni Blinken (Kollaj AZƏRTAC agentliynindir)
İlham Əliyev və Antoni Blinken (Kollaj AZƏRTAC agentliynindir)

Sentyabrın 18-də ABŞ Dövlət Katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

“Telefon söhbəti zamanı əldə olunmuş atəşkəs rejiminin möhkəmləndirilməsi, regionda davamlı sülhün və təhlükəsizliyin təmin olunması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi qeyd olunub,” məlumatda qeyd edilir.

Antoni Blinkemn isə Twitter heasbında telefon danışığı barədə bunları yazıb: "Son döyüşlərin dayandırılmasını alqışlamaq, atəşkəsə əməl etməyə, hərbi qüvvələrin çəkilməsinə və sülh danışıqlarına qayıtmağa çağırış etmək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevlə zəng etdim," dövlət katibi qeyd edib.

ABŞ Dövlət katibi ilə Azərbaycan Prezidentinin telefon danışığı Ermənistanda səfərdə olan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Azərbaycanı tənqid edən bəyanatlar verdiyi vaxta təsadüf edir.

Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-dən 15-dək olan son döyüşlər zamanı Azərbaycan Silahlı Qüvvələrinin 79 hərbçisi həlak olub, 282 hərbi qulluqçusu yaralanıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan isə sentyabrın 16-da hökumətin iclasında bu ölkənin 135 hərbçisnin həlak olduğunu deyib.

XS
SM
MD
LG