Accessibility links

ABŞ Dövlət Katibi hərbi əməliyyatları dərhal dayandırmağa çağırır


ABŞ Dövlət katibi Antoni Blinken Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların dərhal dayandırılmasına çağırır.

“Birləşmiş Ştatlar Ermənistan-Azərbaycan sərhədində hücumlar, o cümlədən Ermənistan daxilində yaşayış məntəqələrinə və mülki infrastruktura zərbələr endirilməsi barədə məlumatlardan dərin narahatdır. Bizim çoxdan aydınlaşdırdığımız kimi, münaqişənin hərbi yolla həlli ola bilməz. Biz istənilən hərbi əməliyyatları dərhal dayandırmağa çağırırıq,” ABŞ Dövlət Katibinin mətbuat üçün bəyanatında deyilir.

Sentyabrın 12-də gecə saatlarında Azərbaycan-Ermənistan sərhədinin bəzi istiqamətlərində döyüşlər başlayıb. Hər iki tərəfdə itkilərin olduğu bildirilir. Rəsmi Bakı və Yerevan döyüşlərin başlanılmasında bir-birini günahlandırır.

XS
SM
MD
LG