Media ekspertləri və vətəndaş cəmiyyəti fəalları Azərbaycan Respublikasının Baş Prokurorluğunda “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransla bağlı narahatlıqlarını ifadə ediblər. Tənqidçilər bunu hökumət tərəfindən media azadlığına və sosial şəbəkələrə nəzarətini gücləndirmək cəhdi olduğunu hesab etdiklərini bildirirlər. Media hüquqları üzrə ekspert Ələsgər Məmmədli Amerikanın Səsinə müsahibədə təndiqçilərin Azərbaycanda media və sosial şəbəkələrə hökumət tərəfindən nəzarətin gücləndirilməsi kimi qiymətləndirdiyi son addımlar və son zamanlar sosial media fəalları və istifadəçilərinin hüquq-mühafizə oqranları tərəfindən xəbərdarlıqlar alması ilə bağlı məlumatları şərh edib.
Ələsgər Məmmədli: Lokal olaraq interneti bloklaya bilərlər, amma bütünlüklə cəmiyyəti geri aparmaq mümkün deyil
Episodes
-
Dekabr 18, 2024
Türkiyə 2025-ci ildə vasitəçilik rolunu artırmağa çalışır
-
Dekabr 18, 2024
ABŞ üzərində görülən müəmmalı dronlar suallar doğurur
-
Dekabr 18, 2024
Gürcüstanda yeni prezident seçilib