Accessibility links

Azərbaycanda palçıq vulkanı püskürüb


Palçıq vulkanı (Arxiv foto)
Palçıq vulkanı (Arxiv foto)

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsinin ərazisində palçıq vulkanı püskürüb.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, vulkan püskürməsi avqustun 11-də Bakı vaxtı ilə saat 09.36-da qeydə alınıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli deyib ki, Lökbatan vulkanı Abşeron yarımadasında olan aktiv vulkanlardan biridir.

“Lökbatan qəsəbəsi ərazisində qeydə alınan vulkan püskürməsi hadisəsi çox güclü olmasa da, 5 dəqiqədən çox davam edib. Vulkanın dərinliyi 3 kilometr olub. Yəni, palçıqla birlikdə püskürmə 3 kilometrdən başlayıb. Ümumilikdə, cəmi bir püskürmə qeydə alınıb. Amma xırda püskürmələr hündürlüyə qalxmasa da, davam edəcək," qeyd edib.

Qurban Yetirmişlinin sözlərinə görə, bu ərazidə dəfələrlə güclü vulkan püskürməsi hadisəsi qeydə alınıb.

Rəsmi məlumatlara görə, Azərbaycanın şərqində və onunla həmsərhəd Xəzər akvatoriyasında 344 palçıq vulkanı var. Palçıq vulkanlarının əksəriyyəti Bakı və Abşeron yarımadasındadır.

XS
SM
MD
LG