Accessibility links

Otman-Bozdağ palçıq vulkanı püskürüb [Video]


Otman-Bozdağ palçıq vulkanı
Otman-Bozdağ palçıq vulkanı

Alovun hündürlüyü 300 metrə çatıb

Sentyabrın 23-də Bakı yaxınlığında Otman-Bozdağ palçıq vulkanında (Qaradağ dəmir yolu stansiyasından 5 km. şimal-qərbdə yerləşir) püskürmə baş verib.

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun direktoru Ceyhun Paşayev bildirib ki, bu gün səhər Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən, “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”na daxil olan Otman-Bozdağ palçıq vulkanında püskürmə olub.

Bir qədər sonra eyni ərazidə ikinci püskürmə qeydə alınıb. Hazırda püskürmə prosesi davam edir. Alovun hündürlüyü 200-300 metrdir. Ərazidə çoxlu sayda dərinliyi 40 metrə çatan çatlar yaranıb", o bildirib.

Dünyanın ikinci böyük palçıq vulkanı olan Otman-Bozdağ vulkanında son püskürmə 2017-ci il fevral ayının 6-da baş verib.

Bu vulkan haqqında ensiklopedik məlumatlarda bildirilir ki, 1845-ci il yanvarın 22-də güclü püskürmə 3 saat davam edib. Bundan sonar vulkan 1904, 1951, 1965-ci illərdə püskürüb. 1965-ci il oktyabrın 1-də püskürmə bir saat yarım davam edib. Brekçiyanın (xaric olunan süxur) tutduğu sahə 10 kvadrat kilometrdən artıq olub. Növbəti püskürmə 12 dekabr 1994-cü ildə baş verib. Partlayış nəticəsində yaranmış alov sütununun hündürlüyü 60–70 metrə çatıb. Püskürmə nəticəsində uzunluğu 450 metr, eni 2 metr, dərinliyi 3 metr olan 3 ədəd nəhəng çat yaranıb. Vulkanın qeydə alınmış 8-ci püskürməsi 2004-cü ildə olub.

Sonuncu püskürmə 6 fevral 2017-ci ildə olub. Bu zaman vulkan iki fazada püskürüb. Partlayış zamanı alovun hündürlüyü təxminən 270-300 metrə çatıb. Onun krater sahəsindən qərbə və cənuba doğru eni 3-5 metr, uzunluğu kilometrlərlə ölçülən dərin çatlar əmələ gəlib. Vulkanın brekçiyası 10 hektar ərazini əhatə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG