Accessibility links

"Lökbatan" palçıq vulkanı püskürüb (video)


"Lokbatan" palçıq vulkanı püskürüb
please wait

No media source currently available

0:00 0:00:40 0:00

"Lokbatan" palçıq vulkanı püskürüb

Sonuncu dəfə vulkan 2010-cu il fevralın 4-də püskürmüşdü

Sentyabrın 20-də səhər saat 5.00-a yaxın Lökbatan qəsəbəsinin yaxınlığında yerləşən “Lökbatan” palçıq vulkanı püskürüb.
Şahidlərin sözlərinə görə, alovun hündürlüyü 15 metrədək çatıb, yerin altından səslər eşidilib.

Təpənin hündürlüyü 100 metrə yaxındır və qəsəbədən 2-3 kilometr qərbdə yerləşir. Püskürmə qəsəbə üçün təhlükə törətmir. Belə ki, kraterdıən çıxan süxurlar 100 metr radiusa düşür.

Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunun palçıq vulkanları şöbəsinin baş elmi işçisi, geologiya-minerologiya elmləri doktoru Orxan Abbasov Turan agentliyinə bildirib ki, sonuncu dəfə “Lökbatan” palçıq vulkanı 2010-cu il fevralın 4-də püskürüb.

1826-cı ildən bu yana burada 24 püskürmə qeydə alınıb. Alimin sözlərin görə, palçıq vulkanları tez sönür (gün və ya bir neçə saat ərzində), çünki onlarda enerji azdır.

“Lökbatan” vulkanı palçıq vulkanları ərazisində neft-qazın olmaması barədə fərziyyələri inkar edir. Belə ki, 1933-cü ildə bu ərazidə 45 saylı neft quyusu açılıb və indiyədək hasilat işləri aparılır.

Azərbaycanda onlarla palçıq vulkanı var. Onların böyük hissəsi Abşeronda və Böyük Qafqazın qollarında yerləşir.

Vaxtaşırı püskürmələr hələlik ciddi problemlərə və ya tələfata səbəb olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG